Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Qalan AZ →

İnsan Resursları üzrə Mütəxəssis

Maaş göstərilməyib

BakıMənbə: HRIN.az

Vakansiya haqqında

QALAN şirkətinin İnsan Resursları komandasına qoşulmaq üçün HR sahəsində müvafiq bilik və praktiki təcrübəyə sahib, ünsiyyət qurmaq bacarığı yüksək, təşəbbüskar və işinə məsuliyyətlə yanaşan İnsan Resursları üzrə Mütəxəssis axtarılır! QALAN beynəlxalq EdTech şirkəti kimi məktəblilər üçün innovativ və interaktiv onlayn təhsil platforması təklif edir. Komandamıza qoşulacaq namizəddən insan resursları proseslərinin səmərəli idarə olunması, təşkili və təkmilləşdirilməsində fəal iştirak etməsi gözlənilir. Əsas vəzifə öhdəlikləri: Şirkətin əməkdaş ehtiyaclarının təhlil edilməsi və işə qəbul prosesinin başdan sona qədər idarə olunması; Vakansiya elanlarının tərtib edilməsi, uyğun namizədlərin cəlb olunması, ilkin dəyərləndirilməsi və seçim prosesinin aparılması; İş müsahibələrinin planlaşdırılması və namizədlərlə düzgün kommunikasiya əlaqələrinin qurulması; Yeni işçilərin iş mühitinə uyğunlaşma (onboarding) prosesinin təşkili və nəzarətdə saxlanılması; Əmək müqavilələrinin, işə qəbul, əmək münasibətlərinə xitam verilməsi və digər kadr dəyişiklikləri ilə bağlı sənədlərin rəsmiləşdirilməsi; Əməkdaşların şəxsi sənədlərinin formalaşdırılması, mütəmadi yenilənməsi və müvafiq qaydada arxivləşdirilməsi; ƏMAS platforması vasitəsilə zəruri insan resursları əməliyyatlarının icra edilməsi; Məzuniyyət hüquqlarının hesablanması, uçotunun aparılması və izlənilməsi; İşçilərin gündəlik HR sorğularının cavablandırılması və şirkətdaxili məlumat mübadiləsinin təmin olunması; Daxili intizam qaydalarının və prosedurların icrasına nəzarət edilməsi, əmək intizamının qorunmasının təmin olunması; İnsan resursları üzrə hesabatların tərtib edilməsi, müvafiq göstəricilərin təhlili və rəhbərliyə təqdim olunması; Komanda motivasiyasının artırılması, əməkdaşların inkişafına yönəlmiş təlimlərin və korporativ tədbirlərin təşkilində iştirak edilməsi. Tələblər İnsan resursları və ya əlaqəli istiqamət üzrə minimum 1 illik peşəkar iş təcrübəsi; Azərbaycan dilində yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarığı; Rus dili biliklərinə sahib olmaq; MS Office proqramları, xüsusilə Excel və Word üzrə praktiki istifadə bacarığı; Yüksək kommunikasiya və işlərin təşkili qabiliyyəti; İş prosesində məsuliyyətli, diqqətli və detallara yönümlü olmaq; Komanda mühitində əməkdaşlıq etmək, eyni zamanda müstəqil şəkildə qərar qəbul etmək bacarığı; Məxfi informasiyanın qorunması və peşə etikası prinsiplərinə uyğun fəaliyyət göstərmək bacarığı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

İnsan resursları üzrə mütəxəssis

Man-G

1000

Şəhər
Şəhər göstərilməyib
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Biznes, İdarəetmə və İnsan Resursları
JobSearch.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.