Vakansiya haqqında
İnsan resursları üzrə mütəxəssis vəzifəsi üçün təcrübəyə malik, ünsiyyətcil və məsuliyyətli namizəd axtarılır.
Əsas vəzifə öhdəlikləri
İşə qəbul prosesinin təşkili və uyğun namizədlərin seçilməsi;
Vakansiya mətnlərinin hazırlanması və müvafiq platformalarda yerləşdirilməsi;
Müsahibələrin planlaşdırılması və namizədlərlə əlaqənin qurulması;
İşçilərin şəxsi işlərinin və HR sənədlərinin hazırlanması, yenilənməsi və arxivləşdirilməsi;
İşə qəbul, işdən azad olunma və digər kadr əməliyyatlarının sənədləşdirilməsi;
İşçilərin gündəlik HR məsələləri üzrə müraciətlərinin idarə olunması;
Daxili qayda və prosedurların tətbiqinə dəstək verilməsi;
İnsan resursları ilə bağlı hesabatların hazırlanaraq rəhbərliyə təqdim edilməsi.
Namizədə dair tələblər
İnsan resursları və ya əlaqəli sahə üzrə minimum 1 il iş təcrübəsi;
Azərbaycan dilində sərbəst ünsiyyət bacarığı;
Rus və ingilis dillərini bilmək;
MS Office proqramlarında, xüsusilə Excel və Word-da işləmək bacarığı;
Güclü ünsiyyət və təşkilatçılıq bacarıqları;
Məsuliyyətli, diqqətli və detallara həssas yanaşma;
Komandada işləmək və eyni zamanda müstəqil qərar vermək bacarığı;
Məxfi məlumatlarla işləyə bilmək və peşəkar etik normalara riayət etmək.
İş şəraiti
İş qrafiki: 5 günlük;
İş saatı: 08:00-17:00;
İş yeri: Bakı, Badamdar, Tofiq Məmmədov küç., 3/5.
Müraciət qaydası
Tələblərə uyğun namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Mütəxəssis” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.
Əgər karyeranızı insan resursları sahəsində inkişaf etdirmək və peşəkar komandada çalışmaq istəyirsinizsə, müraciətinizi gözləyirik.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
