Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Evol MMC

İnsan resursları üzrə mütəxəssis

BakıMənbə: Boss.az

Vakansiya haqqında

BİZ NƏ TƏKLİF EDİRİK? - Peşəkar və dinamik iş mühiti; - Rəqabətədavamlı əməkhaqqı; - Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; - Şirkətin idarəetmə proseslərində aktiv iştirak; - Nəticəyönümlü və inkişaf perspektivli komandanın bir hissəsi olmaq. - Şirkətin insan resursları siyasətini formalaşdırmaq və həyata keçirmək; - İşçi ehtiyaclarını müəyyənləşdirmək, vakansiyaların hazırlanmasını və işə qəbul prosesini təşkil etmək; - Namizədlərin seçilməsi, müsahibələrin keçirilməsi və işə qəbul qərarlarının verilməsində iştirak etmək; - Yeni işçilərin adaptasiya və orientasiya prosesini təşkil etmək; - Mağaza və ofis əməkdaşlarının fəaliyyətini qiymətləndirmək, KPI sisteminin tətbiqinə və inkişafına nəzarət etmək; - İşçilərin davamiyyətinə, əmək intizamına və daxili nizam-intizam qaydalarına nəzarət etmək; - Əməkdaşların motivasiyası, performansı və iş məmnuniyyətinin artırılması istiqamətində tədbirlər hazırlamaq; - İşçilərin təlim və inkişaf ehtiyaclarını müəyyənləşdirmək, təlim proqramları təşkil etmək; - Kadr sənədləşməsinin və şəxsi işlərin düzgün aparılmasına nəzarət etmək; - Əmək qanunvericiliyinin tələblərinə riayət olunmasını təmin etmək; - İşçi dövriyyəsinin səbəblərini təhlil etmək və onun azaldılması üçün tədbirlər görmək; - Mağaza rəhbərləri ilə sıx əməkdaşlıq edərək kadr problemlərinin operativ həllini təmin etmək; - Rəhbərliyə mütəmadi olaraq HR hesabatları və təkliflər təqdim etmək. - İnsan resurslarının idarə edilməsi və ya əlaqəli sahə üzrə ali təhsil; - HR sahəsində minimum 3 il iş təcrübəsi; - Pərakəndə satış və çoxfiliallı şirkətlərdə iş təcrübəsi üstünlükdür; - Azərbaycan Respublikasının Əmək Məcəlləsini və əmək qanunvericiliyini yaxşı bilmək; - İşə qəbul, qiymətləndirmə, motivasiya və KPI sistemləri üzrə bilik və təcrübə; - Kadr sənədləşməsi və HR hesabatlarının hazırlanması bacarığı; - MS Office proqramlarında sərbəst işləmək; - Güclü ünsiyyət, təşkilatçılıq və idarəetmə bacarığı; - Analitik düşüncə, təşəbbüskarlıq və problem həll etmə qabiliyyəti; - Regionlardakı mağazalara mütəmadi səfər etmək imkanı.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.