Vakansiya haqqında
MAN-G Design and Construction komandamıza İnsan resursları sahəsində təcrübəli, təşəbbüskar və sistemli düşünən mütəxəssis axtarırıq.
Əsas vəzifə öhdəlikləri:
Əmək qanunvericiliyinə uyğun kadr sənədləşməsinin, ƏMAS və İSB əməliyyatlarının aparılması;
İşə qəbul prosesinin tam idarə edilməsi: vakansiyaların hazırlanması, namizədlərin seçilməsi və müsahibələrin keçirilməsi;
Yeni əməkdaşların adaptasiyası və sınaq müddətinin idarə olunması;
HR siyasət və prosedurlarının hazırlanması, tətbiqi və təkmilləşdirilməsi;
KPI və performans qiymətləndirmə proseslərinin təşkili;
Əməkdaşlarla münasibətlərin, təlim və inkişaf proseslərinin idarə olunması;
HR hesabatlarının hazırlanması və rəhbərliyə müvafiq təkliflərin təqdim edilməsi.
Namizədə dair tələblər:
HR sahəsində 3-5 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə mükəmməl bilik;
İşə qəbul və digər HR proseslərinin idarə edilməsində praktiki təcrübə;
Analitik düşüncə, təşəbbüskarlıq, güclü kommunikasiya və müstəqil işləmək bacarığı;
MS Office proqramlarında sərbəst işləmək bacarığı.
İş şərtləri:
İş qrafiki: Tam iş günü
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Office Center
Əmək haqqı: 1000 Azn + (Namizədin bilik və bacarıqlarına əsasən təyin olunacaq)
Bizim üçün vacib məqam: Biz yalnız kadr kargüzarlığını icra edən deyil, insan resurslarının bütün əsas istiqamətlərini idarə edə bilən, HR proseslərini təkmilləşdirən və şirkətin inkişafına töhfə verən mütəxəssis axtarırıq.
Uyğun namizədlər CV-lərini “İnsan resursları üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
