Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Vakansiyalar

İnsan Resursları üzrə mütəxəssis

BakıMənbə: Work.az

Vakansiya haqqında

"Çin Təbabəti klinikası“ İnsan Resursları üzrə mütəxəssis vəzifəsinə vakansiya elan edir:Vəzifə öhdəlikləri:Əmək qanunvericiliyinə, daxili əsasnamə və prosedurlara uyğun olaraq işçilərin işə qəbulu, işdən azad olunması, vəzifə dəyişiklikləri, transfer və digər kadr əməliyyatlarının icra edilməsi;İşçilərlə bağlı bütün kadr sənədlərinin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsinin təmin edilməsi;Əmək müqavilələrinin, əlavələrin, əmrlərin və digər kadr sənədlərinin hazırlanması;İşçilərlə bağlı bütün dəyişikliklərin müvafiq dövlət portallarına vaxtında və düzgün şəkildə daxil edilməsi;Əmək kitabçalarının qeydiyyatının aparılması, yeni əmək kitabçalarının açılması və zərurət olduqda doldurulması;Məzuniyyət qrafikinin hazırlanması, məzuniyyətlərin izlənilməsi və uçotunun aparılması;İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivləşdirilməsi;İşçilərin müraciətləri əsasında arayış, xasiyyətnamə və digər rəsmi sənədlərin hazırlanması;Filial rəhbərləri ilə sıx əməkdaşlıq edərək işçi heyəti ilə bağlı məsələlərin həlli;Yeni əməkdaşların işə qəbul və adaptasiya prosesinin koordinasiya olunması;Vakansiya elanlarının hazırlanması və paylaşılması;Namizədlərin ilkin dəyərləndirilməsi, müsahibələrin təşkili və seçim prosesində iştirak;Əcnəbi əməkdaşlarla bağlı miqrasiya sənədlərinin hazırlanması, izlənilməsi və miqrasiya proseslərinin koordinasiya olunması;Miqrasiya ilə bağlı icazələrin, qeydiyyat və digər zəruri sənədlərin müddətlərinə nəzarət edilməsi və yenilənmə prosesinin təşkili;İşçilərin gündəlik davamiyyətinin (tabel) izlənilməsi, tabel məlumatlarının hazırlanması və aidiyyəti üzrə təqdim edilməsi;HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi;İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı məsələlərin operativ həllinə dəstək göstərilməsi.Namizədə dair tələblər:Ali təhsil (idarəetmə, psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment və ya əlaqəli sahə üzrə üstünlükdür);Xəstəxana və klinika sahəsində İnsan Resursları sahəsi üzrə minimum 2-4 il iş təcrübəsi; Elektron Hökümət Portalları ilə (ƏMAS) işləmə bacarığı;Elektron Hökümət Portalları ilə (ƏMAS),İSB işləmə bacarığı;Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı səviyyədə bilmək;MS Office (xüsusilə MS Excel orta-yaxşı səviyyədə bilməli) işləmək bacarığı;Rus dili və İngilis dili biliyi üstünlükdürGüclü ünsiyyət, təşkilatçılıq və koordinasiya bacarığı;Komandada işləmək və eyni zamanda müstəqil qərarvermə bacarığı;Məsuliyyətli, təşəbbüskar, detallara diqqətli və operativ olmaq;Çoxşaxəli iş mühitində işləmək bacarığı.İşində motivasiyalı, öyrənməyə açıq və təşəbbüskar olması arzu olunandır.Yaş həddi 25-40Yalnız-xanım namizədlər tələb olunur. İş şəraiti:İş saatları: Bazar ertəsi-Cümə 09:00 – 17:00; Şənbə 10:00-14:00İş günləri: Altı günlük: Bazar ertəsi-Şənbə (qısa iş günü) Nahar fasiləsi: 13:00-14:00;İstirahət günü: Bazar;İş yeri: Bakı şəhəri, AF Business House Miniso Azerbaijan (baş ofis)Əmək haqqı: Müsahibə əsasındaUyğun namizədlər öz CV-lərini “İnsan Resursları üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.