Vakansiya haqqında
İş şəraiti
İş yeri: Bakı, Yasamal ray. İnşaatçılar pro.4a
İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00–18:00
İstirahət günləri: Şənbə və bazar
Vəzifə öhdəlikləri
Vakansiyaların təhlilini aparmaq, daxili elanları hazırlamaq və yerləşdirmək
Elan edilmiş vakansiyalar üzrə namizədlərin axtarışı və yerləşdirilməsi prosesini təşkil etmək
Qanunvericiliyə uyğun olaraq əməkdaşların işə qəbulu, işdən azad edilməsi və vəzifə dəyişikliyi ilə bağlı əməliyyatların icrasını təmin etmək
Məzuniyyət planlarının hazırlanması, əməkdaşlara məzuniyyət verilməsi və ezamiyyətlərin rəsmiləşdirilməsi ilə bağlı qeydiyyatı aparmaq
İşçilərin şəxsi işlərini yaratmaq, qaydaya salmaq və dəyişiklikləri mütəmadi qeydiyyata almaq, əmək kitabçalarında müvafiq qeydləri aparmaq
ƏMAS, İSB və My-gov üzərindən bütün prosesləri icra etmək
Daxili nizam-intizam qaydalarına nəzarət etmək
İnsan resursları ilə bağlı daxili sorğuları cavablandırmaq
Namizədə tələblər
Yaş həddi: 23–35
Ali təhsil, İnsan resurslarının idarə olunması üzrə təhsil arzuolunandır
Azərbaycan Respublikasının Əmək Məcəlləsini bilməlidir
İnsan resursları sahəsində ən azı 1 il iş təcrübəsi
MS Office proqramlarında işləmə bacarığı: Outlook, Word, Excel, PowerPoint
Diqqətlilik, intizamlılıq, yüksək ünsiyyət bacarığı və komanda ilə işləmək qabiliyyəti
Araşdırma aparmaq, təhlil etmək, müqayisə etmək və qərar vermək bacarığı
Elektron Hökümət Portalından istifadə qaydalarını bilməlidir
Göstərilən tələblərə uyğun olan və qeyd olunan prosesləri tam müstəqil şəkildə icra edə bilən namizədlərdən xahiş olunur ki, "İnsan Resursları üzrə Mütəxəssis" başlığı ilə CV-lərini Müraciət et düyməsində göstərilən elektron ünvana göndərsinlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
