Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Çin Təbabəti klinikası

İnsan resursları üzrə mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

İnsan resursları üzrə mütəxəssis vakansiyası elan olunur. Vəzifə öhdəlikləri Əmək qanunvericiliyinə, daxili qayda və prosedurlara uyğun şəkildə işə qəbul, işdən azadetmə, vəzifə dəyişikliyi, transfer və digər kadr əməliyyatlarının həyata keçirilməsi; İşçilərə aid bütün kadr sənədlərinin hazırlanması, qeydiyyatı və arxivləşdirilməsinin təmin olunması; Əmək müqavilələrinin, əlavələrin, əmrlərin və digər kadr sənədlərinin tərtib edilməsi; İşçilərlə bağlı dəyişikliklərin müvafiq dövlət portallarına vaxtında və düzgün daxil edilməsi; Əmək kitabçalarının qeydiyyatının aparılması, yeni əmək kitabçalarının açılması və lazım gəldikdə doldurulması; Məzuniyyət qrafikinin hazırlanması, məzuniyyətlərin izlənilməsi və uçotunun aparılması; İşçilərin şəxsi işlərinin formalaşdırılması, yenilənməsi və arxivə hazırlanması; İşçi müraciətləri əsasında arayış, xasiyyətnamə və digər rəsmi sənədlərin hazırlanması; Filial rəhbərləri ilə sıx əməkdaşlıq edərək işçi heyəti ilə bağlı məsələlərin həllinə dəstək göstərilməsi; Yeni əməkdaşların işə qəbulu və adaptasiya prosesinin koordinasiya olunması; Vakansiya mətnlərinin hazırlanması və paylaşılması; Namizədlərin ilkin qiymətləndirilməsi, müsahibələrin təşkili və seçim prosesində iştirak edilməsi; Əcnəbi əməkdaşlarla bağlı miqrasiya sənədlərinin hazırlanması, izlənilməsi və miqrasiya proseslərinin koordinasiya olunması; Miqrasiya icazələri, qeydiyyat və digər zəruri sənədlərin müddətlərinə nəzarət edilməsi və yenilənmə prosesinin təşkili; İşçilərin gündəlik davamiyyətinin (tabel) izlənilməsi, tabel məlumatlarının hazırlanması və aidiyyəti üzrə təqdim olunması; HR hesabatlarının hazırlanması və rəhbərliyə təqdim edilməsi; İşçi intizamı, daxili qaydalar və əmək münasibətləri ilə bağlı məsələlərin operativ həllinə dəstək verilməsi. Namizədə dair tələblər Ali təhsil; idarəetmə, psixologiya, sosiologiya, hüquq, insan resursları, menecment və ya oxşar sahə üzrə təhsil üstünlükdür; Xəstəxana və klinika sahəsində insan resursları üzrə minimum 2-4 il iş təcrübəsi; Elektron Hökumət Portalları, o cümlədən ƏMAS ilə işləmək bacarığı; Elektron Hökumət Portalları, o cümlədən ƏMAS və İSB ilə işləmə bacarığı; Azərbaycan Respublikasının Əmək Məcəlləsini yaxşı bilmək; MS Office, xüsusilə MS Excel proqramında orta-yaxşı səviyyədə işləmək bacarığı; Rus dili və ingilis dili biliyi üstünlükdür; Güclü ünsiyyət, təşkilatçılıq və koordinasiya bacarığı; Komandada işləmək və eyni zamanda müstəqil qərar vermək bacarığı; Məsuliyyətli, təşəbbüskar, detallara diqqətli və operativ olmaq; Çoxşaxəli iş mühitində işləmək bacarığı; İşində motivasiyalı, öyrənməyə açıq və təşəbbüskar olması arzu olunur; Yaş həddi 25-40; Yalnız xanım namizədlər tələb olunur. İş şəraiti İş saatları: Bazar ertəsi-Cümə 09:00 – 17:00; Şənbə 10:00-14:00; İş günləri: altı günlük, Bazar ertəsi-Şənbə (qısa iş günü); Nahar fasiləsi: 13:00-14:00; İstirahət günü: Bazar; İş yeri: Bakı şəhəri, AF Business House Miniso Azerbaijan (baş ofis); Əmək haqqı: müsahibə əsasında. Uyğun namizədlər CV-lərini “İnsan Resursları üzrə mütəxəssis” başlığı ilə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.