Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

GFC MMC →

İnsan resursları üzrə davamiyyət operatoru

Maaş göstərilməyib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

İşəgötürən: “GFC” MMC — KFC, Pizza Hut və Simit Sarayı restoranlar şəbəkəsi Namizədə dair tələblər Ali təhsilli olmalıdır; Müvafiq sahədə minimum 2 il iş təcrübəsi; Azərbaycan dili sərbəst, ingilis dili arzuolunandır; Güclü ünsiyyət bacarığı və komanda ilə işləmək vərdişi; İşgüzar yazışma və peşəkar nitq bacarığı; Zamanı düzgün planlamaq və son tarixlərə riayət etmək bacarığı; Analitik yanaşma, yüksək məsuliyyət hissi, dəqiqlik və detallara diqqət; Microsoft Office proqramlarında, xüsusilə Excel və Outlook-da yüksək səviyyədə bilik; 1 C 8.3 proqramında işləmək bacarığı; Xasiyyətnamə tələb olunur. Əsas vəzifə öhdəlikləri Şirkətə yeni qəbul olunan əməkdaşların Face ID sistemi və DSS proqramında qeydiyyatının aparılması, biometrik və şəxsi məlumatların düzgün, tam və vaxtında daxil edilməsi; Əmək münasibətlərinə xitam verilmiş əməkdaşların Face ID sistemi və DSS proqramından silinməsi, məlumatların arxivləşdirilməsi və tarixçənin qorunması; İşə qəbul, işdən çıxma, vəzifə dəyişikliyi və filial dəyişikliyi ilə bağlı Face ID sistemində müvafiq yenilənmələrin vaxtında icrası; Filiallardan Face ID sistemi ilə bağlı daxil olan müraciətlərin qəbul edilməsi, təhlili, məsafədən dəstəyin göstərilməsi və ehtiyac yarandıqda aidiyyəti şöbələrlə koordinasiyalı həll olunması; Face ID sistemi üzrə giriş-çıxış məlumatlarının iş vaxtı cədvəlləri ilə tutuşdurulması, uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması; Filiallar tərəfindən təqdim edilən həftəlik hesabatların yoxlanılması, məlumatların düzgünlüyünə nəzarət edilməsi və aşkarlanmış uyğunsuzluqların operativ şəkildə aradan qaldırılması; Face ID sistemi üzrə gündəlik, həftəlik və aylıq hesabatların hazırlanması, statistik göstəricilərin toplanması və rəhbərliyə təqdim olunması; Sistemin fasiləsiz və düzgün işləməsinə nəzarət edilməsi, texniki nasazlıqların aradan qaldırılması üçün aidiyyəti İT və proqram təminatı komandası ilə birlikdə işlənilməsi; CV göndərərkən gizli kod olaraq “555” qeyd edin, əgər mətni sonadək oxumusunuzsa, bunu bilməyimiz vacibdir; Face ID sistemində istifadəçi hesablarının, giriş icazələrinin və məlumat təhlükəsizliyinin daxili qaydalara uyğun idarə olunması. İş şəraiti Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun sənədləşmə; 5 günlük iş həftəsi; Müasir idarəetmə sistemi və mehriban kollektiv. Maraqlanan namizədlər öz CV-lərini e-mailin mövzu hissəsində “İnsan Resursları üzrə Davamiyyət Operatoru (Face ID Sistemi)” yazaraq Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.