Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Daax Construction

İnsan resursları üzrə menecer

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Struktur: Mərkəz İş yeri: Alov Qüllələri - Flame Towers Vəzifə haqqında Daax Construction şirkəti tikinti sahəsində təcrübəsi olan İnsan Resursları üzrə Menecer axtarır. Əsas vəzifələr Vakansiyaları analiz etmək, daxili elanları hazırlamaq və paylaşmaq; Açıq vakansiyalar üzrə namizədlərin axtarışı və yerləşdirilməsi prosesini təşkil etmək; İnsan resursları əməliyyatlarının Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, normativ-hüquqi aktlara və şirkətin daxili qaydalarına uyğun aparılmasını təmin etmək; İşə qəbul, vəzifə və əmək şəraitində dəyişikliklər, eləcə də əmək müqaviləsinə xitam verilməsi proseslərinin rəsmiləşdirilməsinə və kadr sənədləşməsinə nəzarət etmək; İş vaxtının uçotu, davamiyyət və məzuniyyət proseslərinin, həmçinin əməkhaqqı hesablaması üçün təqdim edilən ilkin məlumatların düzgünlüyünü yoxlamaq; İşçilərin müraciət və şikayətlərinin araşdırılmasını, əmək mübahisələri və münaqişələrin həllini, intizam tədbirlərinin müvafiq prosedurlara uyğun icrasını əlaqələndirmək; ƏMAS və şirkətin daxili insan resursları sistemlərində işçi məlumatlarının dəqiqliyinə, aktuallığına və məxfiliyinə nəzarət etmək; HR prosedurlarının təkmilləşdirilməsi üçün təşəbbüslər irəli sürmək, fəaliyyət göstəriciləri və əməliyyat riskləri üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək; Əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək, onların HR proseslərinə təsirini qiymətləndirmək və uyğunlaşma tədbirlərini həyata keçirmək; Payroll prosesində iştirak etmək, əməkhaqqı hesablaması üçün lazım olan məlumatların hazırlanmasını, yoxlanılmasını və aidiyyəti şöbəyə təqdim edilməsini təmin etmək; Məzuniyyət, ezamiyyət, son haqq-hesab, icazə və digər ödənişlərlə bağlı məlumatların düzgün hazırlanmasını təmin etmək; İnsan resursları və payroll üzrə hesabatları hazırlayaraq rəhbərliyə təqdim etmək. Əsas tələblər Yaş həddi: 30–45; Ali təhsil (Biznesin idarə edilməsi, İqtisadiyyat və ya müvafiq sahələr üzrə); İnsan resursları və Payroll sahəsində minimum 5 il iş təcrübəsi; HR proseslərinin optimallaşdırılması, daxili prosedurların hazırlanması və təkmilləşdirilməsi üzrə bilik və təcrübə; MS Office proqramları ilə, xüsusilə Excel-də yaxşı səviyyədə işləmək bacarığı; Analitik düşünmə, problem həll etmə və qərarvermə bacarığı; Güclü ünsiyyət, danışıqların aparılması və münaqişələrin idarə edilməsi bacarığı; Yüksək məsuliyyətlilik, detallara diqqət və məxfi məlumatlarla işləmək bacarığı; Azərbaycan dilində sərbəst, ingilis və ya türk dilində işlək səviyyədə ünsiyyət bacarığı; 1C, Bitrix, ƏMAS, E-sosial və digər dövlət portalları ilə işləmək bacarığı üstünlükdür. Vəzifə üzrə təminatlar Nahar və tibbi sığorta şirkət tərəfindən təmin olunur. Müraciət qaydası Uyğun namizədlərdən CV-lərini mövzu hissəsində “İnsan Resursları üzrə Menecer” yazmaqla Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərmələri xahiş olunur. Yalnız vakansiya tələblərinə cavab verən seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.