Vakansiya haqqında
Təsvir
Bankın Baş ofisinə daxil olan və rəhbərliyin göstərişinə əsasən icrası nəzərdə tutulmayan məktubların əslilərini xüsusi ayrılmış qovluqda saxlamaq;
Bankın Baş ofisindən xaric olan məktubların və sənədlərin bankdaxili qaydalara uyğunluğunu yoxlamaq, uyğunsuzluq olmadığı halda qeydiyyatını aparmaq, skan surətini saxlamaq və göndərilməsini təmin etmək;
Bankın rəsmi blanklarının (sifariş olunmuş, korlanmış və s.) uçotunu aparmaq;
Möhür və ştamplarla bağlı təchizatçı şirkət tərəfindən göndərilən ödəniş sənədlərini yoxlamaq, uyğunsuzluq olmadığı halda Bankın Maliyyə İdarəsinə təqdim etmək, uyğunsuzluq olduğu halda isə düzəlişlərin edilməsi üçün təchizatçı şirkətə məlumat vermək;
Bankın struktur bölmələri tərəfindən sifariş edilmiş qeydiyyat kitabı və uçot jurnallarının təchizatçı şirkət tərəfindən göndərilən eskizinin Bankın daxili normativ aktları və ya Bankda mövcud olan eskizlərlə uyğunluğunu, həmçinin sifarişin detalları (say, növ və s.) üzrə məlumatların struktur bölmələr tərəfindən “1C”-də qeyd olunan sifarişlərdəki məlumatlarla eyniliyini yoxlamaq, uyğunsuzluq olmadığı halda təsdiqləmək, uyğunsuzluq olduğu halda isə düzəlişlərin edilməsi üçün təchizatçı şirkətə məlumat vermək;
Daxil olan sorğu, müraciət, şikayət və təkliflərin Azərbaycan Respublikasının Mərkəzi Bankının “Maliyyə institutlarında istehlakçıların şikayətlərinə baxılmasına dair Metodolji Rəhbərliyi”nə uyğun olaraq reyestrini işləmək;
Bankın kuryeri və xidmət müqaviləsi əsasında Bankla əməkdaşlıq edən daşıma şirkətləri tərəfindən məktubların daşınmasını təmin etmək və onlar tərəfindən təqdim edilən hesab-fakturaları yoxlamaq, uyğunsuzluq olmadığı halda müvafiq ödənişlərin ödənilməsi məqsədilə sənədləri Bankın Maliyyə İdarəsinə təqdim etmək, uyğunsuzluq olduğu halda isə düzəlişlərin edilməsi ilə bağlı qarşı tərəfə məlumat vermək.
Tələblər
Ali magistr təhsili;
Bu sahə üzrə 1 (bir) il iş təcrübəsinin olması arzuolunandır;
Azərbaycan dilini mükəmməl, rus və ingilis dillərini bilən namizədlərə üstünlük veriləcək;
Kompüter bilikləri;
Ofis ləvazimatları ilə işləmək bacarığı;
Komandada işləmək bacarığı;
Ünsiyyətcil, təşəbbüskar və mülayim olmaq;
Stressə davamlılıq və kollektivdə işləmək bacarığı;
İşdə dəqiqlik və detallara fikir vermə qabiliyyəti.
Vakansiya növü: Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
