Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Vision Academy

İnsan resursları (HR) üzrə peşə hazırlığı proqramı

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Vision Academy-də Bakı üzrə HR sahəsində 2 aylıq peşə hazırlığı proqramına qeydiyyat elan edir. Kimlər müraciət edə bilər? Hazırda tələbə olmayan və işsiz şəxslər. 21-30 yaş aralığında olan namizədlər. Sahibkarlıq fəaliyyəti ilə məşğul olmayan şəxslər. Öyrənməyə marağı olan, tapşırıqları məsuliyyətlə yerinə yetirən şəxslər. Ali təhsilli və insan resursları sahəsində karyera qurmaq istəyənlər. HR sahəsində ilk addımlarını atmaq istəyənlər. Aktiv və məsuliyyətli gənclər. Peşə hazırlığı proqramında öyrədilən əsas mövzular Əmək münasibətlərinin idarə edilməsi və əmək qanunvericiliyi Əmək müqavilələrinin hazırlanması və idarə olunması; İşçi və işəgötürənin hüquq və vəzifələri; İş vaxtı, məzuniyyətlər və əmək haqqının tənzimlənməsi; ƏMAS platformasında əməliyyatların aparılması; Əmək qanunvericiliyinin praktiki tətbiqi; İşə qəbul və namizəd seçimi (Recruitment & Selection) Vakansiya ehtiyaclarının müəyyənləşdirilməsi; Vakansiya elanlarının hazırlanması və yerləşdirilməsi; CV-lərin təhlili və ilkin seçim mərhələsi; Müsahibə növləri, planlaşdırma və müsahibələrin aparılması qaydaları; Namizədlərin qiymətləndirilməsi və seçim metodları; İş təklifinin hazırlanması və işə qəbul prosesinin idarə olunması; HR informasiya sistemləri və rəqəmsal həllər HRM və ATS sistemləri ilə işləmə prinsipləri; İnsan resursları proseslərinin rəqəmsallaşdırılması; Elektron sənəd dövriyyəsinin idarə olunması; HR analitikası və hesabatların hazırlanması; Performans idarəetməsi və işçi motivasiyası KPI, OKR və digər performans göstəriciləri; Performansın qiymətləndirilməsi metodları; İşçi motivasiyası və bağlılığının artırılması üsulları; Mükafatlandırma və tanınma proqramları; Təlim, inkişaf və karyera idarəetməsi Təlim ehtiyaclarının müəyyənləşdirilməsi; Təlim və inkişaf proqramlarının hazırlanması; Karyera planlaşdırılması və inkişaf yolları; İstedadların idarə olunması (Talent Management); İşçi saxlama və davamlı inkişaf strategiyaları; Bu proqram sizə nə qazandıracaq? Peşə hazırlığı proqramı tam ödənişsizdir. Proqram müddətində iştirakçılara aylıq 200 AZN təqaüd veriləcək. Proqram 2 ay davam edəcək. Dərslər hər gün 4 saat, həftədə 5 dəfə keçiriləcək və ümumilikdə 176 saat təşkil edəcək. 2 aylıq proqramı uğurla bitirən məzunlara sertifikat və iş imkanı təqdim olunacaq. Praktiki yanaşma ilə HR prosesləri real nümunələr üzərindən öyrədilir. Fərdi yanaşma ilə hər iştirakçıya inkişaf ehtiyacına uyğun mentor dəstəyi verilir. Karyera dəstəyi ilə məzunlara işə qəbul üçün peşəkar yardım göstərilir. Şəbəkələşmə imkanı ilə HR mütəxəssisləri ilə tanışlıq və peşəkar əlaqələr qurmaq mümkündür. Sertifikat və karyera mərkəzi dəstəyi proqramı tamamlayan məzunlara təqdim olunur. Coffee break ilə qısa fasilələr zamanı dincəlmək və ünsiyyət qurmaq imkanı yaradılır. Qeydiyyat Qeydiyyat üçün linkə daxil olaraq formanı doldura bilərsiniz: https://forms.gle/LtwcgGWRyvSm8LGu9 Əlaqə və ünvan Ünvan: Bakı, Elmlər Akademiyası m/s, Zahid Xəlilov 25A. Veb sayt: www.visionacademy.az Əlaqə nömrəsi: 010 7253232 Sosial media hesabları https://instagram.com/vision.karyera https://instagram.com/visionacademyaz

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.