Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Zeytun Pharmaceuticals →

İnsan resursları əməliyyatları şöbəsinin müdiri

Maaş göstərilməyib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Tələblər Ali təhsil: biznesin idarə edilməsi, iqtisadiyyat və ya əlaqəli sahə üzrə. İnsan resursları sahəsində ən azı 5 il iş təcrübəsi. HR proseslərinin optimallaşdırılması, daxili qaydaların hazırlanması və yenilənməsi üzrə bilik və praktiki təcrübə. MS Office proqramları, xüsusilə Excel ilə yaxşı işləmək bacarığı. Analitik düşünmə, problemləri həll etmə və düzgün qərar vermə qabiliyyəti. Komandanı idarə etmək, tapşırıqları bölüşdürmək və əməkdaşların inkişafını dəstəkləmək bacarığı. Güclü ünsiyyət, danışıqlar aparmaq və münaqişələri idarə etmək bacarığı. Yüksək məsuliyyət hissi, detallara diqqət və məxfi məlumatlarla işləmək bacarığı. Azərbaycan dilində sərbəst, ingilis və ya rus dilində işlək səviyyədə danışıq bacarığı. Əsas öhdəliklər İnsan resursları əməliyyatlarının Azərbaycan Respublikasının əmək qanunvericiliyinə, normativ-hüquqi aktlara və şirkətin daxili qaydalarına uyğun şəkildə idarə olunmasını təmin etmək. İşə qəbul, vəzifə və əmək şəraitinin dəyişdirilməsi, eləcə də əmək müqaviləsinə xitam verilməsi proseslərinin düzgün rəsmiləşdirilməsinə və kadr sənədləşməsinə nəzarət etmək. İş vaxtının uçotu, davamiyyət və məzuniyyət proseslərinin, həmçinin əməkhaqqı hesablanması üçün təqdim olunan ilkin məlumatların doğruluğunu təmin etmək. İşçilərin müraciət və şikayətlərinin araşdırılmasını, əmək mübahisələrinin və münaqişələrin həllini, intizam tədbirlərinin müvafiq prosedurlara uyğun tətbiqini əlaqələndirmək. ƏMAS və şirkətin daxili insan resursları sistemlərində işçi məlumatlarının dəqiqliyinə, aktuallığına və məxfiliyinə nəzarət etmək. İnsan resursları prosedurlarının təkmilləşdirilməsi üçün təşəbbüslər irəli sürmək, fəaliyyət göstəriciləri və əməliyyat riskləri üzrə rəhbərliyə mütəmadi hesabatlar təqdim etmək. Şöbənin fəaliyyətini və komandanın işini idarə etmək, əmək münasibətləri və işçi məsələləri üzrə metodoloji və praktiki dəstək göstərmək. Əmək qanunvericiliyində baş verən dəyişiklikləri izləmək, onların şirkətin HR proseslərinə təsirini qiymətləndirmək və uyğunlaşdırma tədbirlərini həyata keçirmək. İş şəraiti İş yeri: BEGOC Biznes Mərkəzi, Bakı, Zərifə Əliyeva küç., 93. Tibbi sığorta və nahar təmin olunur. Peşəkar təlim və inkişaf imkanları mövcuddur. KPİ dəyərləndirməsi əsasında bonus verilir. Müvafiq tələblərə cavab verdiyiniz halda, CV-nizi Müraciət et düyməsində göstərilən elektron ünvanına göndərməyiniz və mövzu hissəsində müraciət etdiyiniz vakansiyanın adını qeyd etməyiniz xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.