Vakansiya haqqında
Təsvir
İşə qəbul, işdən azad olunma, məzuniyyət və digər kadr prosesləri üzrə sənədlərin və əmrlərin hazırlanması;
Əmək müqavilələrinin, müqavilə əlavələrinin və şəxsi işlərin tərtibi, qeydiyyatı və arxivə verilməsi;
ƏMAS sistemində əmək müqaviləsi bildirişlərinin vaxtında daxil edilməsi və məlumatların aktual saxlanılması;
İşçilərin gündəlik davamiyyətinin izlənilməsi və uçotunun aparılması;
Məzuniyyət qalıqlarının izlənməsi və məzuniyyətlə bağlı sənədləşmənin həyata keçirilməsi;
Xəstəlik vərəqələrinin, ödənişsiz məzuniyyətlərin və digər işdən yayınma hallarının qeydiyyatı və idarə edilməsi;
ƏMAS, E-Sosial, DƏMX, İSB və digər dövlət elektron sistemləri ilə işləmək, daxil olan sorğuları cavablandırmaq və məlumatların düzgünlüyünə nəzarət etmək;
Daxili əmrlərin, arayışların və digər HR sənədlərinin hazırlanması;
Kadr uçotu və HR inzibatçılığı üzrə hesabatların hazırlanması;
Kadr kargüzarlığının düzgün və vaxtında aparılmasını təmin etmək.
Tələblər
Ali təhsil; İnsan Resursları, Hüquq, Menecment, Psixologiya, Sosiologiya və ya əlaqəli ixtisaslara üstünlük verilir;
İnsan Resursları sahəsində ən azı 2 il iş təcrübəsi;
Retail sahəsində təcrübə üstünlük hesab olunur;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə yüksək bilik;
ƏMAS və digər dövlət elektron portalları ilə işləmək bacarığı;
Kadr kargüzarlığı və HR inzibatçılığı üzrə praktik biliklər;
1C (8.2/8.3) proqramı üzrə yaxşı səviyyədə bilik;
MS Excel-də yüksək səviyyə: Pivot cədvəlləri, formulalar və digər funksiyalarla işləmək bacarığı;
Azərbaycan dilində səlis yazılı və şifahi ünsiyyət;
Rus və ya ingilis dillərindən ən azı birində sərbəst yazılı və şifahi ünsiyyət;
Yüksək diqqətlilik, məsuliyyətlilik və analitik düşüncə;
Güclü yazılı və şifahi ünsiyyət bacarığı;
Müxtəlif xarakterli insanlarla peşəkar ünsiyyət qurmaq bacarığı;
Konfliktli vəziyyətləri düzgün idarə etmək və işgüzar münasibətləri qorumaq bacarığı;
Dinamik iş mühitində işləməyə, aktiv tempə uyğunlaşmağa və yüksək iş yükünü idarə etməyə hazır olmaq;
Daxil olan sorğulara və iş tapşırıqlarına operativ cavab vermək bacarığı;
Komandada işləmək bacarığı.
Biz nə təklif edirik?
Rəqabətli əmək haqqı və performansa əsaslanan motivasiya imkanları;
Peşəkar inkişaf və karyera yüksəlişi üçün imkanlar;
Dinamik və müasir iş mühiti;
Müasir və rahat ofis şəraiti;
Peşəkar və əməkdaşlığa əsaslanan komanda mühiti;
Yeni bilik və bacarıqların inkişafı üçün imkanlar;
Böyük və dinamik şirkət mühitində müxtəlif HR layihələrində iştirak imkanı.
İş şəraiti
İş qrafiki: I–V günlər, 09:00–18:00;
İş yeri: Bakı, Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 3G, Red Plaza.
Qeyd: Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Vakansiya növü: Tam ştat
Maraqlanan namizədlər “Müraciət et” düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
