Vakansiya haqqında
Əsas vəzifələr
Tender tələblərinin araşdırılması, tələb olunan sənədlərin toplanması və təklif paketlərinin hazırlanması;
Texniki və kommersiya məlumatları əsasında təkliflərin və qiymət cədvəllərinin tərtib edilməsi;
Müqavilə, əlavə, spesifikasiya, görülmüş işlər və təhvil-təslim aktlarının hazırlanması;
Sifariş və müqavilələrin qeydiyyata alınması, icra vəziyyətinin və müddətlərinin izlənilməsi;
Elektron tender platformalarında sənədlərin yerləşdirilməsi və təqdimetmə müddətlərinə riayət olunması;
Rəsmi yazışmaların aparılması, sənədlərin imzalanmasının izlənilməsi və arxivləşdirilməsi.
Tələblər
Ali təhsil;
Tender və sənədləşmə sahəsində minimum 3 il iş təcrübəsi;
MS Word və Excel proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan və ingilis dillərində işgüzar yazışma bacarığı; rus dili biliyi üstünlükdür;
Detallara diqqət, məsuliyyətlilik və vaxtın düzgün idarə edilməsi.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
