Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Star Mining

Təchizat üzrə baş mütəxəssis

Razılaşma yolu ilə

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr SƏTƏMM, Dağ-mədən, Energetika və Anbar şöbələri üzrə, eyni zamanda təmir-tikinti malların və xidmətlərin satınalmasını planlaşdırmaq, araşdırmalar aparmaq, tenderlər təşkil etmək, sifarişlər vermək, tədarük prosesində iştirak etmək və malların/xidmətlərin vaxtında təmin edilməsini təşkil etmək. Yerli və xarici bazar araşdırmaları aparmaq və yeni təchizatçıları müəyyən etmək. Mövcud təchizatçılar siyahısında göstərilən və həmçinin yeni yerli və xarici şirkətlərdən təkliflər almaq, dəyərləndirmək, təkliflərin dəyərləndirilməsi hesabatları (müqayisə cədvəlləri) tərtib edərək müqayisəli şəkildə ən sərfəli qiymət və şərtlərlə, keyfiyyətli mallar üçün təklifləri müəyyən etmək. Təsdiq edilən təkliflər əsasında təchizat müqavilələrinin və satınalma sifarişlərinin (PO) hazırlanıb icra edilməsi. Malların qəbulu prosesinin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün bütün sənədləşmə və əməliyyat prosedurlarını həyata keçirmək. Tələblər Ali təhsil Müvafiq sahədə 5 ildən yuxarı iş təcrübəsi 1C proqramında işləmək bacarığı İş yeri: Bayıl Plaza İş qrafiki: 5/2 Könüllü tibbi sığorta Nahar şirkət tərəfindən təmin edilir Fərdi inkişaf planı çərçivəsində təlim imkanları

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar