Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Veysəloğlu Şirkətlər Qrupu

Təchizat üzrə mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Əsas tələblər Ali təhsil, xüsusilə İqtisadiyyat, Maliyyə və ya Menecment sahəsi üzrə olması üstünlük hesab edilir; Satınalma və ya təchizat zəncirinin idarə olunması istiqamətində ən azı 2 il iş təcrübəsi; Satınalma və tender prosedurları, RFQ/RFP prosesləri və satınalma sifarişlərinin (PO) idarə edilməsi üzrə biliklər; Bazar araşdırması aparmaq və qiymət dəyişkənliyini təhlil etmək bacarığı; Tədarükçülərlə səmərəli ünsiyyət qurmaq və güclü danışıqlar aparmaq qabiliyyəti; MS Office proqramlarında, xüsusilə Excel-də peşəkar işləmək bacarığı; Analitik yanaşma, detallara diqqət, planlaşdırma və vaxtı səmərəli idarə etmək bacarığı; Məsuliyyətli iş yanaşması, işgüzar etika, komanda ilə işləmə və nəticə yönümlülük; İngilis dilində kommersiya təkliflərini, texniki sənədləri və işgüzar yazışmaları oxuyub anlamaq bacarığı. Əsas vəzifə öhdəlikləri Daxil olan satınalma tələblərində məlumatların tamlığını yoxlamaq, qeyri-müəyyən məqamları aydınlaşdırmaq və daxili sifarişçilərlə əlaqələndirmə aparmaq; Tender iştirakçılarının peşəkar uyğunluğunu qiymətləndirmək, Əsas Şərtlər Toplusunu hazırlamaq, tender elan etmək və təklif zərflərini toplamaq; Tender komissiyasının iştirakı ilə zərflərin açılışını və iclasları təşkil etmək, müvafiq protokolları hazırlamaq; Əvvəlcədən müəyyən edilmiş texniki, kommersiya və digər qiymətləndirmə meyarları əsasında təkliflərin müqayisə cədvəlini hazırlamaq, uyğun təklifi komissiyaya təqdim etmək və təsdiqini almaq; Potensial tədarükçüləri araşdırmaq, onlarla danışıqlar aparmaq, endirim sorğuları göndərmək və qalib namizədlərin istehsalat/anbar sahələrinə baxış keçirmək; Tədarükçülərin qiymət, keyfiyyət, çatdırılma müddəti və müqavilə öhdəliklərinə riayət etmə göstəricilərini qiymətləndirmək və təkmilləşdirmə təklifləri hazırlamaq; Təsdiqlənmiş təklif əsasında satınalma sifarişini (PO) formalaşdırmaq, imzalatmaq və malların təyin olunmuş ünvana vaxtında çatdırılmasını izləmək; Anbara çatdırılan sifarişlərdə uyğunsuzluq olduqda, tədarükçü ilə problemi həll etmək və təchiz olunan malların keyfiyyət analizini aparmaq; Satınalma sifarişi, çatdırılma və hesablaşma sənədlərinin düzgünlüyünü yoxlamaq, müqavilələrin hazırlanmasını əlaqələndirmək və rəhbərliyə mütəmadi hesabat vermək; Sifariş tamamlandıqdan sonra tədarükçünün performansını qiymətləndirmək və gələcək əməkdaşlıq üçün sistemli təhlillər aparmaq. Müraciət qaydası Maraqlanan namizədlər öz CV-lərini Müraciətet düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.