Vakansiya haqqında
Əsas vəzifələr
Model riski üzrə siyasət, metodologiya və prosedurların işlənib hazırlanması, yenilənməsi və bank üzrə tətbiqinin təmin edilməsi;
Model inventarının aparılmasına ümumi nəzarət: inventarın tamlığı, aktuallığı və keyfiyyəti üzrə dövri yoxlamaların aparılması;
Validasiya tapıntılarının və tədbirlər planlarının icrasına nəzarət, gecikmələrin rəhbərliyə və müvafiq komitələrə eskalasiyası;
Model riski üzrə göstəricilərin (KPI, SLA, risk iştahası limitləri) müəyyən edilməsi, onlara dair təkliflərin hazırlanması və monitorinqi;
Model riski üzrə dövri hesabatların və modellərin monitorinq hesabatlarının hazırlanması, nəticələrin təhlili və rəhbərliyə təqdim edilməsi;
MRM Komissiyasının iclaslarının təşkili, materiallarının və qərar layihələrinin hazırlanması;
Modellərlə bağlı risklər üzrə nəzarət (assurance) işlərinin aparılması, digər struktur bölmələrin sənədlərinə rəylərin hazırlanması;
AI/Gen AI modelləri ilə bağlı model risklərinin idarəetmə çərçivəsinə inteqrasiyasını həyata keçirmək.
Tələblər
İqtisadiyyat, maliyyə, riyaziyyat, statistika və ya oxşar ixtisas üzrə ali təhsil;
Risklərin idarə edilməsi, model validasiyası, audit və ya model hazırlanması sahəsində ən azı 5 il iş təcrübəsi;
Model riskinin idarə edilməsi üzrə tənzimləyici tələblər və beynəlxalq təcrübə haqqında dərin bilik;
Data analitika alətləri ilə iş bacarığı (Python/Excel/SQL/DataIku/Tableau);
GenAI və LLM əsaslı tətbiqlərin (chatbotlar, agentlər) əsas prinsipləri və istifadə riskləri barədə dərin bilik;
Yüksək səviyyədə ünsiyyətqurma bacarıqları;
Dil bilikləri: Azərbaycan, İngilis (B2/C1), (əlavə xarici dil bilikləri alqışlanır).
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
