Vakansiya haqqında
Avensol MMC - tender proseslərini idarə edə bilən, layihə xərclərinə
nəzarət və kommersiya təkliflərinin hazırlanması sahəsində təcrübəli peşəkar
namizəd axtarır.
Əsas vəzifə öhdəlikləri:
Tender
sənədlərinin təhlili və tender təkliflərinin (Tender Proposals)
hazırlanması;
Layihələr
üzrə xərc hesablamalarının, büdcələrin və kommersiya təkliflərinin
hazırlanmasında iştirak;
Layihə
xərclərinin monitorinqi, büdcə ilə faktiki xərclərin müqayisəsi və kənarlaşmaların
təhlili;
BOQ,
qiymət cədvəlləri və digər kommersiya sənədlərinin hazırlanması və
yoxlanılması;
Tender
tələblərinin, texniki sənədlərin və qiymət təkliflərinin əlaqələndirilməsi;
Tender
və layihə xərcləri üzrə hesabatların hazırlanması.
Namizədə dair tələblər:
Müvafiq
sahə üzrə minimum 5 il iş təcrübəsi;
Tenderlərin
hazırlanması, layihə xərclərinə nəzarət və kommersiya hesablamaları üzrə
praktiki biliklər;
Analitik
düşünmə, detallara diqqət və güclü hesablama bacarığı;
MS
Excel və hesabatlarla işləmək bacarığı;
İngilis
dili biliyi üstünlükdür.
İş şəraiti:
İş
yeri: Bayıl Plaza, Bakı
İş
qrafiki: Həftə içi 5 gün
Əmək
haqqı: Namizədin bilik və təcrübəsinə əsasən müəyyən ediləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
