Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

ABB Innovation

Akademiya və təlim proqramlarının inkişafı üzrə baş mütəxəssis

Razılaşma yolu ilə

BakıMənbə: SmartJob.az

Vakansiya haqqında

Əsas vəzifələr Akademiyanın təlim proqramlarının planlaşdırılması, təşkili və icrasının koordinasiyası; Məhsul quruculuğu və təlim proqramı dizaynı hazırlamaq. Bazar ehtiyaclarına əsasən yeni təlim məhsullarının konseptini, sillabusunu və qiymətləndirmə mexanizmini metodik tərəfdaşlarla birgə hazırlamaq və mövcud proqramları nəticələrə görə təkmilləşdirmək. Beynəlxalq təlimlərin və beynəlxalq sertifikasiya proqramlarının gətirilməsi. Beynəlxalq təlim təşkilatları və universitetlərlə əməkdaşlıq qurmaq, onların təlim proqramlarını Azərbaycan bazarına uyğunlaşdıraraq Akademiyanın portfelinə daxil etmək. Təlimçilərin axtarışını, cəlb olunmasını və əməkdaşlıq şərtlərinin razılaşdırılmasını həyata keçirmək, tədris keyfiyyətini və performanslarını izləmək; B2C və B2B kanalları üzrə satış və marketinq fəaliyyətinin dəstəklənməsi, potensial müştərilərlə (fərdi şəxslər və korporativ tərəfdaşlar) iş; Akademiyanın rəqəmsal məhsul və platformalarının inkişafı üzrə yeni ideyalar irəli sürmək, əsaslandırılmış təkliflə rəhbərliyə təqdim etmək, təsdiq olunan layihələri texniki komandalar və tərəfdaşlarla birgə icra edərək vaxt, büdcə və risklərə nəzarət etmək. Layihə nəticələrini toplanan məlumatlar və əsas göstəricilər əsasında izləyib rəhbərliyə hesabat vermək, eyni zamanda rəhbərliyin tapşırığı ilə digər təşəbbüsləri icra etmək və əlavə dəyər yarada biləcək rəqəmsal məhsul sahələrini müəyyən etmək. Korporativ müştərilər, təhsil və biznes tərəfdaşları ilə münasibətlərin qurulması və inkişafı; Qiymət siyasəti, endirim və ödəniş modelləri üzrə təkliflərin hazırlanmasında iştirak; Tələblər Ali təhsil (biznes, idarəetmə, təhsil, İT və ya əlaqəli ixtisaslar üzrə üstünlük verilir); Təhsil, təlim, İT və ya maliyyə sektorunda proqram/layihə idarəetməsi, biznes inkişafı və ya satış sahəsində ən azı 3-5 il iş təcrübəsi; Təlim, akademiya, təhsil texnologiyaları (EdTech) və ya korporativ təhsil sahəsində təcrübə üstünlükdür; B2C və B2B satış və ya tərəfdaşlıq təcrübəsi; Azərbaycan və ingilis dillərini yüksək səviyyədə bilmək; Layihə və proqram idarəetməsi bacarıqları; Biznes inkişafı, satış prosesləri və müştəri münasibətlərinin idarə edilməsi; Analitik və strateji düşünmə; Güclü kommunikasiya, danışıqlar aparma və təqdimat bacarıqları; Maliyyə hesablamaları (qiymətləndirmə, büdcə, xərc-gəlir təhlili) üzrə biliklər; Təşəbbüskarlıq, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı; Eyni anda bir neçə layihə və prioritet üzərində işləmək bacarığı. Peşəkar inkişaf və karyera yüksəlişi imkanları; Müasir və dinamik iş mühitində çalışmaq imkanı; Peşəkar komanda ilə əməkdaşlıq və bilik mübadiləsi; Rəqabətqabiliyyətli əməkhaqqı; Peşəkar bilik və bacarıqların inkişaf etdirilməsi üçün imkanlar; Tibbi sığorta; İllik mükafat.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Baş mütəxəssis

Dövlət Sosial Müdafiə Fondu

Razılaşma yolu ilə

Şəhər
Bakı
İş qrafiki
Tam ştat
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Mütəxəssis
SmartJob.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar yalnız bu brauzerdə saxlanılır.