Vakansiya haqqında
Təsvir
• Rəqəmsal dələduzluğun qarşısının alınması sistemlərinin (Fraud Management Systems) gündəlik idarə edilməsini, fasiləsiz fəaliyyətini, dayanıqlılığını və texniki performansını təmin etmək;
• Mövcud və yeni rəqəmsal kanalların və ya xidmətlərin Fraud Management sistemləri ilə inteqrasiyasını planlaşdırmaq, biznes və texniki tələbləri müəyyən etmək və icrasını koordinasiya etmək;
• Yeni məhsul və xidmətlərin istifadəyə verilməsindən əvvəl dələduzluq riskləri üzrə məlumat axınlarının xəritələndirilməsini (mapping), inteqrasiya və test proseslərinin tamamlanmasını təmin etmək;
• Fraud Management sistemlərinə ötürülən məlumatların tamlığını, keyfiyyətini və aktuallığını təmin etmək, məlumat zənginləşdirilməsi (data enrichment) proseslərini idarə etmək;
• Sistemlərin funksional və texnoloji boşluqlarını müəyyən etmək, mövcud imkanlardan maksimum istifadəni və sistemlərin davamlı təkmilləşdirilməsini, habelə vendor dəstək serviceləri ilə layihələrin aparılmasını təmin etmək;
• Tranzaksiya və sessiya məlumatlarının emalı üzrə sinxron və asinxron prosesləri təhlil etmək, qərarvermə mexanizmlərinin sürətini, effektivliyini və izləniləbilənliyini təmin etmək;
• Dələduzluq risklərinə qarşı preventiv tədbirlərin (bloklama, məhdudlaşdırma, əlavə autentifikasiya və s.) vahid mərkəzdən idarə edilməsini və avtomatlaşdırılmasını təmin etmək;
• Fraud Management sistemlərinin işləkliyini təmin edən komponentləri, servisləri və texnoloji asılılıqları müəyyən etmək, onların monitorinqini və dayanıqlılığını təmin etmək;
• Sistem nasazlıqları, fasilələr və performans problemlərindən irəli gələn əməliyyat və maliyyə risklərini qiymətləndirmək, onların qarşısının alınması və operativ bərpası üzrə tədbirləri koordinasiya etmək;
• Biznes, mühəndislik, informasiya təhlükəsizliyi və digər aidiyyəti struktur bölmələrlə əməkdaşlığı təmin etmək, texniki asılılıqların azaldılması və proseslərin optimallaşdırılması üzrə təşəbbüslər irəli sürmək;
• Fraud Management sistemləri üzrə biznes və texniki sahiblik (system ownership) çərçivəsində dəyişikliklərin, yenilənmələrin, inteqrasiyaların və inkişaf təşəbbüslərinin idarə edilməsini və əlaqələndirilməsini təmin etmək;
• Sistemlərin fəaliyyət göstəricilərini, qərarvermə performansını və preventiv mexanizmlərin effektivliyini izləmək, davamlı təkmilləşdirmə və avtomatlaşdırma imkanlarını müəyyən etmək;
• Fraud Management sistemlərində tətbiq edilən texnoloji və əməliyyat nəzarətlərinin Bankın risk iştahası, daxili siyasətləri və müvafiq tənzimləyici tələblərlə uyğunluğunu təmin etmək;
• Birbaşa rəhbər tərəfindən verilən digər şifahi və yazılı tapşırıqlar.
Tələblər
• Təhsil: İqtisadiyyat, İnformasiya texnologiyaları, Riyaziyyat və digər əlaqəli sahə üzrə bakalavr dərəcəsi;
• Tələb olunan iş təcrübəsi: Bankçılıq və ya digər əlaqəli sahə üzrə minimum 5, Frod idarəedilməsi sahəsində 2 il iş təcrübəsi;
• Xarici dillər: İngilis(yaxşı);
• Kompüter bilikləri: Fraud Management sistemləri, SQL və verilənlər bazaları, Linux administrasiyası, API inteqrasiyaları və məlumat axınları, mobil tətbiqlərin təhlükəsizliyi (Device Fingerprinting, RASP, Session Security), mikroservis arxitekturası, sistem monitorinqi və log analizi, məlumat analitikası;
• Məhsul üzrə biliklər: Rəqəmsal bankçılıq məhsulları və xidmətləri, ödəniş sistemləri və tranzaksiya axınları, Fraud Management və Sessional Fraud Prevention həlləri, rəqəmsal kanallar üzrə autentifikasiya və təhlükəsizlik mexanizmləri, dələduzluq risklərinin qiymətləndirilməsi və preventiv nəzarət mexanizmləri.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
