Vakansiya haqqında
Təsvir
Kredit portfelinin keyfiyyətinin monitorinqi və risk göstəricilərinin təhlili;
Yeni məhsulların kredit riski baxımından qiymətləndirilməsi və rəy verilməsi;
Risk modellərinin (scorecard, limit sistemləri və s.) hazırlanması və təkmilləşdirilməsində iştirak;
Müxtəlif seqmentlər üzrə (retail, KOS, korporativ) risk analizlərinin aparılması;
Müntəzəm və ad-hoc risk hesabatlarının hazırlanması və rəhbərliyə təqdim olunması;
Tənzimləyici tələblərə uyğunluğun təmin edilməsi və audit proseslərində iştirak;
Daxili prosedur və qaydaların hazırlanması və təkmilləşdirilməsi;
Digər struktur bölmələri ilə koordinasiya edərək risklərin effektiv idarə olunmasına dəstək vermək.
Tələblər
Ali təhsil (İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Statistika və ya əlaqəli sahələr üzrə);
Kreditləşmə, Kredit risklərinin idarə olunması sahəsində minimum 2 il iş təcrübəsi;
Bank məhsulları, kredit prosesləri və risk qiymətləndirmə metodologiyaları üzrə biliklər;
Analitik düşüncə, məlumatlarla işləmə və problem həll etmə bacarığı;
Excel, SQL, Python və ya digər analitik alətlər üzrə biliklər üstünlükdür;
Risk modelləri (scorecard, PD/LGD/EAD və s.) üzrə anlayış;
Güclü kommunikasiya və təqdimat bacarıqları;
Komandada işləmək və vaxtın effektiv idarə olunması bacarığı.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
