Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Titan Group

Satınalma üzrə baş mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Satınalma üzrə baş mütəxəssis Titan Group komandası yerli və xarici satınalma, eləcə də logistika sahəsində təcrübəsi olan, analitik yanaşmalı və güclü danışıqlar bacarığına malik kişi namizədləri əməkdaşlığa dəvət edir. Seçiləcək şəxs satınalma və logistika proseslərini səmərəli idarə etməli, yerli və xarici təchizatçılarla iş əlaqələri qurmalı, malların beynəlxalq daşınmasını təşkil etməli və təchizatın vaxtında, keyfiyyətli və sərfəli şərtlərlə həyata keçirilməsinə nəzarət etməlidir. Əsas vəzifələr Yerli və xarici satınalma proseslərini təşkil etmək və idarə etmək; Daxili və beynəlxalq bazar araşdırmaları aparmaq, uyğun təchizatçıları müəyyənləşdirmək; Xarici təchizatçılarla əlaqə yaratmaq, işgüzar yazışmalar və danışıqlar aparmaq; Yerli və xarici təchizatçılardan kommersiya təkliflərini toplamaq, müqayisə etmək və təhlil etmək; Qiymət, ödəniş və çatdırılma şərtləri üzrə danışıqlar aparmaq; Xarici satınalma sifarişlərini yerləşdirmək və icra prosesinə nəzarət etmək; Beynəlxalq logistika və daşınma proseslərini təşkil etmək və koordinasiya etmək; Yüklərin daşınması, çatdırılma müddətləri və nəqliyyat xərclərinin optimallaşdırılmasını təmin etmək; İdxal, gömrük rəsmiləşdirilməsi və əlaqəli sənədləşmə proseslərini izləmək; Beynəlxalq çatdırılma şərtlərinin (Incoterms) tətbiqini izləmək və nəzarətdə saxlamaq; Müqavilə və sifarişlərin hazırlanmasına nəzarət etmək; Malların vaxtında, tələb olunan keyfiyyətdə və münasib şərtlərlə təmin olunmasını təşkil etmək; Satınalma və logistika üzrə hesabatlar hazırlamaq. Namizədə tələblər Ali təhsil; Satınalma və logistika sahəsində 3–5 il iş təcrübəsi; Xarici satınalma və beynəlxalq logistika üzrə praktiki biliklər; Xarici təchizatçılarla işgüzar yazışma və danışıqlar aparmaq bacarığı; İngilis dili biliyi, xarici təchizatçılarla ünsiyyət və yazışma üçün; İdxal prosedurları, gömrük qaydaları və beynəlxalq daşınma ilə bağlı məlumatlılıq; Incoterms beynəlxalq ticarət şərtlərini bilmək; MS Office proqramlarında, xüsusilə Excel-də yaxşı səviyyə; Analitik düşüncə və kommersiya təkliflərini təhlil etmə bacarığı; Planlaşdırma, koordinasiya və problem həll etmə bacarığı; Məsuliyyətli, dəqiq və operativ olmaq; Komanda ilə işləmək bacarığı; Kişi namizədlər; İş təcrübəsi: 3–5 il. İş şərtləri Əmək haqqı: 1200–1500 AZN; İş istiqaməti: yerli və xarici satınalma, beynəlxalq logistika; Peşəkar inkişaf üçün imkan və təcrübəyə uyğun iş mühiti; Nahar şirkət tərəfindən təmin olunur; Servis mövcuddur. İş qrafiki və ünvan İş qrafiki: həftəiçi 5 gün, 09:00–18:00; İş ünvanı: Bakı. Vakansiya ilə maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. Müraciət zamanı məktubun mövzu hissəsində “Satınalma və Logistika Mütəxəssisi” qeyd olunmalıdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.