Vakansiya haqqında
Hazırda komandamıza tender proseslərinin idarə olunması,
kommersiya təkliflərinin hazırlanması, korporativ müştərilərlə əlaqələrin
qurulması və inkişaf etdirilməsi, eləcə də yeni satış imkanlarının müəyyənləşdirilməsi
üzrə fəaliyyət göstərəcək məsuliyyətli və təşəbbüskar Tender və Korporativ
Satışlar üzrə mütəxəssis axtarırıq.
Vəzifə öhdəlikləri
Dövlət
və özəl sektorda elan edilən tenderlərin gündəlik izlənilməsi və uyğun
layihələrin müəyyən edilməsi.
Şirkətin
fəaliyyət istiqamətlərinə uyğun tenderlərdə iştirakın təşkili.
Tender
sənədlərinin, texniki tapşırıqların və BOQ fayllarının təhlili.
İstehsalçılar,
distribütorlar və təchizatçılarla əlaqə saxlayaraq qiymət təkliflərinin
alınması.
Satış
və texniki komanda ilə birlikdə kommersiya təkliflərinin hazırlanması.
Tender
sənədlərinin hazırlanması və elektron portallara yüklənməsi.
Sifarişçilərlə
danışıqların aparılması və tender prosesinin izlənilməsi.
Yeni
müştərilərin, layihə təşkilatlarının cəlb edilməsi.
Tender
nəticələrinin təhlili və rəhbərliyə hesabatların təqdim edilməsi.
Qazanılmış
tenderlərin icra komandasına ötürülməsi və müqavilə prosesinin
koordinasiyası.
Namizədə tələblər
Tender
və ya B2B satış sahəsində minimum 1-2 il təcrübə.
Dövlət
satınalmaları və elektron tender portalları ilə işləmə bacarığı.
Excel
və digər MS Office proqramlarında sərbəst işləmək.
Texniki
sənədləri və kommersiya təkliflərini təhlil etmək bacarığı.
İngilis
və rus dili biliyi üstünlükdür.
IT
avadanlıqları və xidməti, zəif axın, təhlükəsizlik sistemləri sahəsində təcrübə
üstünlükdür.
İş şəraiti
İş
yeri: Bakı, Çinar park biznes mərkəzi, Techtonas MMC
İş
rejimi: Həftə içi 5 gün, 09:00-18:00
Əmək
haqqı: 1000 – 1500 AZN + mənfəətə bağlı bonus (Namizədin bacarıqlarından
aslı olaraq əmək haqqı arta bilər)
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
