Vakansiya haqqında
Əsas vəzifələr
Dövlət və özəl tender elanlarını (o cümlədən etender.gov.az portalını) izləmək, iştirak şərtlərini təhlil etmək;
Portalda qeydiyyat, iştirak haqqının ödənilməsi və təklif sənədlərinin elektron qaydada yüklənməsini təmin etmək;
Tender üçün tələb olunan ixtisas, hüquqi və maliyyə sənədlərini toplamaq, hazırlamaq və tamlığını yoxlamaq;
Texniki və kommersiya təkliflərinin, iş həcmləri (BOQ), texnika və işçi heyəti cədvəllərinin hazırlanması üçün aidiyyəti şöbələrlə koordinasiya aparmaq;
Şərtlər toplusu üzrə aydınlaşdırma sorğularını hazırlamaq və cavabları izləmək;
Təklif və icra təminatlarının (bank qarantiyalarının) alınması, müddətlərinin izlənməsi və ləğvi üzrə Maliyyə şöbəsi ilə koordinasiya etmək;
Tender sənədlərinin müəyyən edilmiş müddətdə təqdimatını təmin etmək, nəticələri izləmək və tender reyestrini aparmaq;
Tenderlərlə bağlı rəsmi yazışmaları aparmaq və qeydiyyatını saxlamaq;
Daxil olan və göndərilən sənədləri qeydiyyata almaq, transmittallar hazırlamaq və aidiyyəti şəxslərə yönləndirmək;
Şirkətdaxili və layihə sənədlərinin kodlaşdırılmasını, revizya və versiyalarının uçotunu, sənəd registrini (MDL) aparmaq;
Sənədlərin razılaşdırılma və təsdiq prosesini izləmək;
Sənədləri elektron və kağız formatda sistemləşdirmək, arxivləşdirmək və məxfiliyini qorumaq;
Tenderlərin və sənədlərin cari vəziyyəti barədə həftəlik və aylıq hesabatlar hazırlamaq.
Tələblər
Ali təhsil;
Tender hazırlanması və/və ya sənədlərə nəzarət (DCC) sahəsində ən azı 5 il iş təcrübəsi (tikinti sahəsində təcrübə üstünlükdür);
“Dövlət satınalmaları haqqında” Qanun və elektron satınalma portalı ilə işləmək bacarığı;
MS Office, xüsusilə Word və Excel proqramlarında sərbəst işləmək bacarığı;
Azərbaycan dilində səlis, ingilis dilində işgüzar səviyyədə yazılı və şifahi ünsiyyət;
Rəsmi yazışma və sənədləşmə bacarığı;
Detallara diqqət, məsuliyyət, son tarixlərə riayət və vaxtın düzgün idarə edilməsi;
Müxtəlif şöbələrlə koordinasiyalı işləmək bacarığı.
Pozitiv və dəstəkləyici iş mühiti
İş qrafiki: Bazar ertəsi – Cümə günü (5 gün)
İş vaxtı: 09:00-18:00
Könüllü tibbi sığorta
Əmək haqqı işçinin təcrübə və bacarıqlarına uyğun olaraq tərəflər arasında razılaşdırılır
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
