Vakansiya haqqında
Təsvir
SƏTƏM fəaliyyətini planlaşdırmaq və təşkil etmək, şöbə əməkdaşlarını idarə etmək, vəzifələri bölüşdürmək, icraya nəzarət etmək, həmçinin SƏTƏM üzrə illik məqsəd və hədəfləri müəyyən edib həyata keçirmək;
Sağlam və təhlükəsiz iş mühitinin yaradılmasını təmin etmək, təhlükəli və zərərli istehsalat amillərinə nəzarəti təşkil etmək və bu istiqamətdə rəhbərliyə təkliflər vermək;
İstehsalatda baş verən bədbəxt hadisələrin, peşə xəstəliklərinin səbəblərini və şəraitini təhlil etmək, onların qarşısının alınması və əmək şəraitinin yaxşılaşdırılması üçün profilaktik tədbirlərin hazırlanmasına və tətbiqinə nəzarət etmək;
Sağlamlığın qorunması, əməyin mühafizəsi, texniki təhlükəsizlik, mülki müdafiə, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə işlərin planlaşdırılmasının təşkili və icrasına nəzarət etmək;
Ətraf mühitin ekoloji baxımdan əlverişli vəziyyətinin təmin olunmasına, ekoloji şəraitin yaxşılaşdırılmasına yönəlmiş tədbirlərin həyata keçirilməsinə nəzarəti təşkil etmək;
Müəssisələrin ətraf mühitə təsirinin əvvəlcədən qiymətləndirilməsi ilə bağlı işlərin təşkilini təmin etmək və nəticələri rəhbərliyə təqdim etmək;
Yanğın təhlükəsizliyi üzrə yoxlamaları həyata keçirən qurumlarla əlaqə qurmaq və onların irəli sürdüyü qanuni tələblərin, göstərişlərin icrasını təşkil etmək.
Tələblər
Bəy namizədlər;
Ali təhsil: əməyin mühafizəsi, texniki və ya mühəndislik sahəsi üzrə;
SƏTƏM sahəsində ən azı 7 il, bunun 3 ili rəhbər vəzifədə iş təcrübəsi;
Şöbə rəhbəri kimi idarəetmə təcrübəsi;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə qanunvericiliyin bilinməsi;
ISO 45001 və ISO 14001 standartları üzrə biliklər;
Azərbaycan dili səlis, ingilis dili üzrə minimum B1 səviyyəsində anlayış, rus dili arzuolunandır.
Vakansiya növü
Tam ştat
İmtiyazlar
Servis ilə təmin olunur;
Qidalanma;
Pasha Loyalty program “Dəyərlisən”;
Mobil nömrə;
Könüllü tibbi sığorta.
Maraqlanan namizədlər müraciət etmək üçün “Müraciət et” düyməsində qeyd olunan linkdən istifadə edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
