Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Şam - Fi MMC

SƏTƏM mütəxəssisi

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

İş şəraiti İş yeri: Sham-Fi International Trading Company Ünvan: Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, Babək prospekti və Y.Əliyev küçəsinin kəsişməsində yerləşən City Park AVM-in 6-cı mərtəbəsi İş rejimi: Tam iş günü Vəzifənin əsas məqsədi Müəssisədə sağlam və təhlükəsiz iş mühitinin formalaşdırılmasını təmin etmək, əməyin mühafizəsi, texniki təhlükəsizlik və ətraf mühitin qorunması ilə bağlı qanunvericilik və daxili qaydaların tələblərinin yerinə yetirilməsinə nəzarət etmək. Əsas vəzifə öhdəlikləri Müəssisə daxilində əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət olunmasını izləmək; İş sahələrində mütəmadi yoxlamalar aparmaq, təhlükəli və zərərli amilləri müəyyənləşdirmək, riskləri dəyərləndirmək; Aşkar edilən uyğunsuzluqların aradan qaldırılması üçün qabaqlayıcı və düzəldici tədbirlər hazırlamaq; İşçilərə əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və digər təhlükəsizlik qaydaları üzrə təlimat keçmək; Yeni işə qəbul olunan əməkdaşların ilkin və dövri təlimatlandırılmasını təşkil etmək; İstehsalat və digər bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək, müvafiq hesabat və sənədləşməni aparmaq; Fərdi mühafizə vasitələrindən düzgün istifadəyə nəzarət etmək; Yanğın təhlükəsizliyi və fövqəladə hallara hazırlıq tədbirlərinin icrasında iştirak etmək; SƏTƏM üzrə tələb olunan sənədləri, jurnalları, aktları və hesabatları hazırlamaq; Müvafiq dövlət qurumlarının yoxlamalarına hazırlıq prosesində iştirak etmək və tələb olunan sənədləri təqdim etmək. Namizədə dair tələblər Ali təhsil (əməyin mühafizəsi, texniki təhlükəsizlik, mühəndislik, ekologiya və ya uyğun digər sahələr üzrə); SƏTƏM sahəsində minimum 3-5 il iş təcrübəsi; Azərbaycan Respublikasının əmək qanunvericiliyi, əməyin mühafizəsi və texniki təhlükəsizlik üzrə normativ-hüquqi aktlar barədə biliklər; Risklərin qiymətləndirilməsi, təhlükələrin müəyyən edilməsi və qabaqlayıcı tədbirlərin hazırlanması bacarığı; Yanğın təhlükəsizliyi və fövqəladə hallar üzrə biliklər; Əməyin mühafizəsi üzrə təlimat və sənədlərin hazırlanması bacarığı; MS Office proqramlarında işləmək bacarığı; Güclü ünsiyyət, təşkilatçılıq və analitik düşünmə qabiliyyəti; Komandada işləmək və təşəbbüskarlıq bacarığı. Üstünlük hesab olunur ISO 45001 (Əməyin sağlamlığı və təhlükəsizliyi) standartı üzrə bilik və təcrübə; ISO 14001 (Ətraf mühitin idarə edilməsi) standartı üzrə biliklər; SƏTƏM üzrə peşəkar təlim və sertifikatların mövcudluğu; Pərakəndə satış, ticarət mərkəzi, istehsalat və ya iri obyektlərdə iş təcrübəsi. Tələblərə uyğun namizədlərdən xahiş olunur ki, CV-lərini mövzu hissəsində “SƏTƏM mütəxəssisi” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərsinlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.