Vakansiya haqqında
Təsvir
İş yerlərində əməyin mühafizəsi tələblərinin düzgün icrasına nəzarət etmək;
İş sahələrində profilaktik tədbirlərin həyata keçirilməsini və əmək şəraitinin yaxşılaşdırılmasını təşkil etmək;
Bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək və İZ formalı aktı hazırlamaq;
Şöbə müdirinin və dövlət nəzarət orqanlarının tapşırıqlarının icrasını təmin etmək, yoxlama zamanı aşkar edilən nöqsanların aradan qaldırılması üçün müvafiq tədbirlər görmək;
İş yerlərində əməyin təhlükəsizliyi üzrə xəbərdaredici, göstərici və digər nişanların, həmçinin lövhələrin siyahısını tərtib etmək;
Əməyin təhlükəsizliyi üzrə təlim proqramının hazırlanmasında iştirak etmək və təsdiqlənmiş proqram əsasında işçilərə təlim keçmək;
Qurğu və avadanlıqların vaxtaşırı sınaqlarına, qoruyucu və fərdi mühafizə vasitələrinə, həmçinin qurğulara texniki baxışın keçirilməsinə nəzarət etmək;
İşçilərin və bilavasitə işə rəhbərlik edən şəxslərin təhlükəsizlik qaydalarına əməl etməsinə nəzarət etmək;
Müəssisədə istismar olunan yüksək təhlükəli obyekt və avadanlıqların, eləcə də təhlükəsizlik və nəzarət cihazlarının texniki vəziyyəti ilə bağlı sənədləşmənin düzgün aparılmasına nəzarət etmək;
İstehsalat sahələri üçün əməyin mühafizəsi ilə bağlı normativ-texniki sənədlərin alınması üçün tələbnamə hazırlamaq;
İşçilərin fərdi mühafizə vasitələri ilə təmin olunmasına və onların FMV-dən düzgün istifadəsinə nəzarət etmək;
Struktur rəhbərlərinin işçilərə ilkin və təkrar təlimat keçməsinə nəzarət etmək, təlimat jurnallarının vəziyyətini yoxlamaq.
İş qrafiki
5 günlük iş rejimi, 09:00-18:00.
Tələblər
Ali təhsil (Əməyin mühafizəsi, Təhlükəsizlik mühəndisliyi, Ekologiya);
SƏTƏM sahəsində ən azı 1 il iş təcrübəsi; FMCG, retail, istehsalat və ya logistika sahəsində təcrübə üstünlükdür;
Əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyi üzrə normativ tələblər barədə bilik;
Əmək şəraitinin və iş yerlərinin təhlükəsizlik tələblərinə uyğunluğunu qiymətləndirmək bacarığı;
Risklərin müəyyən edilməsi, qiymətləndirilməsi və qarşısının alınması üzrə bilik;
Təlimatlandırma və təhlükəsizlik təlimlərinin keçirilməsi bacarığı;
Hadisələrin, qəza və insidentlərin araşdırılması, müvafiq hesabatların hazırlanması bacarığı;
MS Office, xüsusilə Excel proqramlarında işləmək bacarığı;
Komanda ilə işləmək və ünsiyyət bacarığı;
İşə məsuliyyətli və diqqətli yanaşma;
Şəxsi avtomobil mütləqdir.
Vakansiya növü
Tam ştat.
İmtiyazlar
Nahar şirkət tərəfindən təmin edilir;
Korporativ nömrə ilə təmin olunur;
Yanacaq və amortizasiya xərcləri ödənilir.
Müraciət
Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
