Vakansiya haqqında
"Lallemand" Qrupuna daxil olan "AZERMAYA" MMC Azərbaycanda çörəkçilik mayasının yeganə istehsalçısıdır və regional qida sənayesinin inkişafına mühüm töhfə verir. Şirkət yerli təcrübəni "Lallemand"ın qlobal bilik və bacarıqları ilə birləşdirərək beynəlxalq standartlara uyğunlaşmaq üçün həm ixrac imkanlarını genişləndirir, həm də istehsalat sahələrini modernləşdirir.
Tələblər
İngilis dili: danışıq səviyyəsi
Təhsil: ali
Üstünlük verilən təcrübə: 2-3 il qida istehsalatı sahəsində iş stajı
Əsas vəzifə öhdəlikləri
Beynəlxalq Əməyin və Təhlükəsizlik İdarəetmə standartlarının (OHSAS) tələblərinin icrasını təmin etmək;
İş yerlərində əməyin mühafizəsi və texniki təhlükəsizlik tələblərinə nəzarət etmək;
İstehsalatda baş verən zədələnmə səbəblərini təhlil etmək, onların qarşısının alınması üçün tədbirlər hazırlamaq və icrasını təşkil etmək;
İş yerlərində sanitar-texniki vəziyyətin yoxlanılmasında iştirak etmək;
İş şəraitinin yaxşılaşdırılmasına yönəlmiş kompleks planların hazırlanmasını təşkil etmək;
Binanın, qurğuların və avadanlıqların əməyin mühafizəsi baxımından texniki vəziyyətinin yoxlanılmasında iştirak etmək;
Struktur bölmələrdə istehsalat zamanı ətraf mühitin çirklənməsinin qarşısının alınması ilə bağlı tədbirlərin görülməsində iştirak etmək;
İşə qəbul olunan şəxslərə giriş təlimatı keçmək və işçilərə əməyin mühafizəsi ilə bağlı yaranan məsələlərin həllində kömək etmək;
Qulluqçu və mühəndis-texniki işçilərin əməyin mühafizəsi və təhlükəsizlik təlimatı üzrə biliklərinin yoxlanılmasında, həmçinin attestasiya komissiyasının işində iştirak etmək;
Xidmətlər üçün təlimatların hazırlanmasına dəstək vermək;
İstehsalatda bədbəxt hadisələrin araşdırılmasında iştirak etmək;
İşçilərin əməyin mühafizəsi üzrə ərizə, məktub və şikayətlərinə baxmaq, lazımi tədbirlər görmək;
SƏTƏM üzrə menecer mövcud forma və qaydalara uyğun hesabat aparmalıdır.
SƏTƏM üzrə menecer nəzarət etməlidir
sağlam və təhlükəsiz iş şəraiti yaratmaq üçün tədbirlərin görülməsinə;
əməyin mühafizəsi üzrə norma, qayda və təlimatların yerinə yetirilməsinə;
səs-küy, titrəmə, çirklənmə, tozlanma, işıqlanma, temperatur, nəmişlik və digər istehsalat faktorlarının ölçülməsinin qrafik üzrə aparılmasına;
aspirator və ventilyasiya sistemlərinin keyfiyyətli işləməsinə;
qoruyucu qurğuların və mühafizə vasitələrinin vəziyyətinə;
iş yerlərində təlimatların vaxtında və keyfiyyətli keçirilməsinə;
işçilər üçün əməyin mühafizəsi dərslərinin təşkili, biliklərin yoxlanılması və attestasiyadan keçirilməsinə;
istehsalatda bədbəxt hadisələrin uçotu və araşdırılmasına;
işçilərə verilən xüsusi geyimlərin, ayaqqabıların, fərdi mühafizə vasitələrinin və digər ləvazimatların qorunmasına, yuyulmasına, təmizlənməsinə, qurudulmasına və zərərsizləşdirilməsinə;
xidmətlərdə əməyin mühafizəsi və texniki təhlükəsizliyinə ayrılmış vəsaitlərin düzgün xərclənməsinə.
Bilməlidir
Beynəlxalq Əməyin və Təhlükəsizlik İdarəetmə standartlarının (OHSAS) tələblərini;
fəaliyyəti ilə bağlı Azərbaycan Respublikasının qanunvericiliyini;
“AZERMAYA” MMC-nin fəaliyyətini tənzimləyən hüquqi və normativ sənədləri;
fəaliyyətinə aid normativ və metodiki materialları;
“AZERMAYA” MMC-nin strukturunun ixtisaslaşmasını və xüsusiyyətlərini;
daxili nizam-intizam qaydalarını;
qida təhlükəsizliyinin idarəetmə sisteminin siyasət və məqsədlərini;
keyfiyyət idarəetmə siyasətini və məqsədlərini;
Azərbaycan Respublikasının Əmək Qanunvericiliyinin əsaslarını.
Əlavə məlumatlar
İş rejimi: 5 günlük, 08:00-dan 17:00-dək; şənbə və bazar istirahət günləridir
Ünvan: Bakı şəhəri, Nərimanov rayonu, Ziya Bünyadov 69 M
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
