Vakansiya haqqında
Böyüyən Decoliv komandası üçün Bakı üzrə SƏTƏM Bölmə müdiri axtarılır.
Vəzifə öhdəlikləri:
Müəssisədə SƏTƏM fəaliyyətinin planlaşdırılması, idarə olunması və əlaqələndirilməsi;
Mağazalar, anbar və logistika obyektlərində SƏTƏM tələblərinin yerinə yetirilməsinə nəzarət etmək;
Azərbaycan Respublikasının SƏTƏM sahəsində qüvvədə olan qanunvericiliyi və normativ hüquqi aktlara uyğunluğu təmin etmək;
SƏTƏM risklərini qiymətləndirmək, risklərin azaldılması tədbirlərini hazırlamaq və icrasını izləmək;
Daimi SƏTƏM yoxlamalarını və daxili auditləri təşkil etmək, aşkar edilən uyğunsuzluqların aradan qaldırılmasına nəzarət etmək;
Bədbəxt hadisə, insident və qəza hallarının araşdırılmasını təşkil etmək, səbəblərin təhlilini aparmaq və qabaqlayıcı tədbirlər hazırlamaq;
İşçilərin SƏTƏM üzrə təlimatlandırılmasını həyata keçirmək, biliklərinin yoxlanılmasını təmin etmək və təlim prosesini koordinasiya etmək;
Yanğın təhlükəsizliyi, təxliyə, elektrik təhlükəsizliyi, iş yerlərinin təhlükəsizliyi və sanitar-gigiyenik vəziyyətə nəzarət etmək;
Pərakəndə satış mağazalarında müştərilərin və əməkdaşların təhlükəsizliyinin təmin olunması üçün tədbirlər görmək;
Mağaza və anbarlarda rəf sistemləri, avadanlıqlar, yükləmə-boşaltma və digər əməliyyatlarla bağlı riskləri idarə etmək;
Podratçıların və üçüncü tərəflərin SƏTƏM tələblərinə uyğun fəaliyyətinə nəzarət etmək;
Dövlət qurumları tərəfindən aparılan yoxlamaların koordinasiyasını həyata keçirmək, aşkarlanan uyğunsuzluqlara dair düzəldici tədbirlərin icrasına nəzarət etmək;
SƏTƏM üzrə statistik məlumatları, aylıq və illik hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək;
SƏTƏM üzrə illik fəaliyyət və təlim planlarını hazırlamaq;
SƏTƏM komandasının işini idarə etmək və əməkdaşlar arasında vəzifə bölgüsü aparmaq;
Müəssisədə SƏTƏM mədəniyyətinin formalaşdırılmasına dəstək vermək və təhlükəsiz iş mühitini inkişaf etdirmək;
Müəssisə rəhbərinin və funksional rəhbərin tapşırıqlarını yerinə yetirmək, görülən işlər barədə birbaşa hesabat vermək;
FHN və digər qurumlar tərəfindən aparılan yoxlamaları izləmək, hazırlıq prosesinə nəzarət etmək və müxtəlif dövlət qurumlarında şirkəti rəsmi şəkildə təmsil etmək.
Namizədə tələblər:
Ali təhsil (texniki sahə üzrə);
Retail sahəsində 3-5 il iş təcrübəsi;
Microsoft Office proqramları üzrə biliklər (Excel, Word, Outlook);
Yaxşı ünsiyyət qurmaq və komandada işləmək bacarığı.
Digər məlumatlar:
Nahar və servis ilə təmin edilmə;
Əmək bazarına uyğun rəqabətli əmək haqqı;
5 günlük tam iş qrafiki;
Korporativ mobil nömrə.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini elektron poçt ünvanına göndərərkən mövzu hissəsində “SƏTƏM Bölmə Müdiri” qeyd etməlidirlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
