Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Azeco Clean MMC

SƏTƏM üzrə mütəxəssis

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Namizədə dair tələblər: Ali təhsil; texniki, mühəndislik, əməyin mühafizəsi və digər uyğun ixtisaslar üstünlük sayılır; SƏTƏM sahəsində ən azı 3 il iş təcrübəsi; Azərbaycan Respublikasının əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi üzrə normativ tələblərini bilmək; ISO 45001 və ISO 14001 standartları barədə biliklərə malik olmaq; Təhlükələrin müəyyənləşdirilməsi və risklərin qiymətləndirilməsi üzrə praktiki bacarıq; SƏTƏM üzrə giriş, ilkin və dövri təlimatların təşkili və keçirilməsi bacarığı; Risk qiymətləndirməsi, Method Statement, yoxlama aktları və digər SƏTƏM sənədlərini hazırlaya bilmək; Fərdi mühafizə vasitələrinin düzgün seçilməsi, istifadəsi və tətbiqinə nəzarət etmək bacarığı; Kimyəvi maddələrlə təhlükəsiz iş, SDS və GHS işarələnməsi barədə biliklər; Yanğın təhlükəsizliyi, fövqəladə hallara hazırlıq və ilkin yardım üzrə əsas biliklər; Microsoft Office proqramlarında sərbəst işləmək; Vəzifə öhdəlikləri: Şirkətdə əməyin mühafizəsi, sağlamlıq, təhlükəsizlik və ətraf mühit üzrə idarəetmə sisteminin tətbiqinə, risk qiymətləndirmələrinin aparılmasına, təhlükəsizlik prosedurlarının hazırlanmasına və qanunvericilik tələblərinə əməl olunmasına SƏTƏM şöbə rəhbərinə dəstək vermək; Obyektlərdə planlı və plandankənar SƏTƏM yoxlamalarını rəhbərlə birlikdə aparmaq, aşkar edilən uyğunsuzluqların aradan qaldırılması üzrə tədbirləri əlaqələndirmək, işçilər üçün təhlükəsizlik təlimləri təşkil etmək və təhlükəsizlik mədəniyyətinin inkişafına töhfə vermək; SƏTƏM üzrə tələb olunan sənədlərin, hesabatların və qeydiyyatların hazırlanmasını, dövlət qurumları və sifarişçilər üçün məlumatların təqdim edilməsini, audit və yoxlamalara hazırlıq işlərini təşkil etmək, layihə üzrə aylıq hesabatı hazırlayaraq şöbə rəhbərinə təqdim etmək; Tullantıların idarə olunmasına, ekoloji tələblərə riayət edilməsinə, ətraf mühitə təsirlərin qiymətləndirilməsinə və ekoloji risklərin azaldılması üçün tədbirlərin həyata keçirilməsinə nəzarət etmək; Rəhbərlik tərəfindən verilən digər müvafiq tapşırıqları icra etmək. İş barədə məlumat: Əməkhaqqı: Müsahibə əsasında müəyyən olunur; Korporativ nömrə ilə təminat; İş qrafiki: 5 gün, həftəlik iş saatı 40 saatdan çox olmamaqla; İş yeri: Heydər Əliyev Beynəlxalq Aeroportu; Tələblərə uyğun olduğunuz halda CV-nizi Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərməyiniz xahiş olunur. E-poçtun mövzu hissəsində “SƏTƏM üzrə Mütəxəssis” qeyd edilməlidir.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.