Vakansiya haqqında
İş şəraiti
İş qrafiki: 6 günlük iş həftəsi, həftə içi saat 09:00–18:00, 6-cı gün isə 09:00–15:00;
İstirahət günü: bazar günü;
Əməkhaqqı: 550 AZN;
Nahar şirkət tərəfindən qarşılanır;
Ünvan: Bakı şəhəri, Binəqədi r., Binəqədi qəsəbəsi.
Əsas vəzifələr
Şirkətə müraciət edən şəxslərin, keçirilən görüşlərin və daxil olan sorğuların qeydiyyatını aparmaq;
Daxil olan sənədləri qəbul etmək, yoxlamaq və aidiyyəti struktur bölmələrə yönləndirmək;
Şirkətə təşrif buyuran qonaqları qarşılayaraq müvafiq şəxslərə və ya bölmələrə istiqamətləndirmək;
Müvafiq şöbə tərəfindən təhvil verilən qaimələrin qeydini aparmaq;
Vəzifə öhdəliklərini müəyyən olunmuş müddətlərdə və tələblərə uyğun şəkildə yerinə yetirmək;
Birbaşa rəhbərin verdiyi tapşırıqları vaxtında, düzgün və keyfiyyətlə icra etmək.
Namizədə tələblər
Namizəd xanım olmalıdır;
Yaş həddi: 22–35;
Minimum 1 il iş təcrübəsi;
MS Office proqramları üzrə bilik və praktik istifadə bacarığı;
Dəqiqlik, intizam və yüksək məsuliyyətlilik;
Komandada işləmək və səmərəli ünsiyyət qurmaq bacarığı;
Tapşırıqları vaxtında və keyfiyyətlə yerinə yetirmək bacarığı.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
