Vakansiya haqqında
Bakıda qeydiyyatçı vəzifəsi üzrə qonaqların qarşılanması, qeydiyyat və rezervasiya işlərini həyata keçirəcək məsuliyyətli namizəd axtarılır.
Vəzifə öhdəlikləri
Otel standartlarına uyğun şəkildə qonaqları qarşılamaq, onları qəbul etmək, yerləşdirmək və yola salmaq, rezervasiyaları qəbul etmək, otaq bölgüsünü aparmaq, qeydiyyatı həyata keçirmək və lazımi məlumat vermək.
Növbə üzrə təhvil-təslim prosesini icra etmək.
Növbə zamanı yarana biləcək problemlərin vaxtında həll olunmasını təmin etmək.
Daxil olan zənglərə və e-maillərə cavab vermək, ehtiyac olduqda digər departamentlərlə əlaqə yaratmaq.
Qeydiyyat şöbəsi üzrə kargüzarlıq işlərini yerinə yetirmək.
Qonaqların müraciətlərinin və problemlərinin həllində yaxından iştirak etmək.
Namizədə tələblər
Rus və ingilis dillərini bilməlidir.
Məsuliyyətli, gülərüz, operativ, pozitiv və ünsiyyətcil olmalıdır.
Xanım və bəy namizədlər müraciət edə bilərlər.
İş şərtləri
İş qrafiki: həftədə 6 gün, 3 növbəli sistem üzrə 08:00-17:00 / 14:00-23:00 / 23:00-08:00.
Nahar şirkət tərəfindən təmin olunur.
Əmək haqqı: razılaşma ilə.
Ünvan: Midtown Hotel Baku, Səməd Vurğun 103.
Müraciət qaydası
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
