Vakansiya haqqında
İş haqqında məlumat
Struktur bölmə: İdman şöbəsi / Satış və müştəri xidmətləri bölməsi
İş yeri: Kempinski Bayıl Bay binasında yerləşən Bayıl Bay fitnes və SPA
Ünvan: Bayıl qəsəbəsi, Qurban Abbasov küçəsi 5
İş rejimi: 5 gün, dəyişən qrafik üzrə (həftədə 2 istirahət günü ilə)
Əmək haqqı: 600 AZN (net)
Könüllü tibbi sığorta (sınaq müddətindən sonra)
Namizədlər üçün tələblər
Ali təhsil
Azərbaycan və rus dillərində sərbəst, ingilis dilində yaxşı səviyyədə ünsiyyət bacarığı
MS Office proqramlarında işləmək bacarığı
1C proqramı üzrə biliklər
Yüksək ünsiyyət və müştəri xidməti bacarıqları
Gülərüz, məsuliyyətli və komandada işləmək bacarığı
Müvafiq sahədə iş təcrübəsi arzuolunandır
Vəzifə öhdəlikləri
İdman mərkəzinə gələn üzvləri və qonaqları qarşılamaq, qeydiyyatını aparmaq
İdman mərkəzinin xidmətləri, üzvlük paketləri və fəaliyyət qaydaları barədə məlumat vermək
Potensial müştərilərin müraciətlərini qəbul etmək və aidiyyəti üzrə yönləndirmək
Daxil olan telefon zənglərini və sorğuları cavablandırmaq
Üzvlük məlumatlarını müvafiq qeydiyyat sistemində düzgün və vaxtında yeniləmək
Mərkəzin xidmətləri və məşq proqramları haqqında üzvləri məlumatlandırmaq
Müştəri müraciətlərini və şikayətlərini qəbul edib müvafiq şəxslərə yönləndirmək
Qeydiyyat zonasını səliqəli və təqdimata uyğun vəziyyətdə saxlamaq
Şirkətin daxili qaydalarına və xidmət standartlarına riayət etmək
Birbaşa rəhbərin vəzifəyə uyğun digər tapşırıqlarını yerinə yetirmək
Müraciət etmək istəyən namizədlər mövzu hissəsində “Qeydiyyatçı” qeyd etməklə CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərməlidirlər.
Yalnız ilkin seçim tələblərinə cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
