Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Mentor GYM

Qeydiyyatçı

400 – 450 AZN

BakıMənbə: Boss.az

Vakansiya haqqında

Xanım namizədlərə üstünlük verilir. Gündəlik iş müddəti 6 (altı) saat olmaqla, iş saatları 06:30-dan 12:30-dək müəyyən edilir. İşçi müəyyən edilmiş iş qrafikinə riayət etməli, işə vaxtında gəlməli, əmək intizamına və müəssisədaxili subordinasiya (tabelik) qaydalarına əməl etməli, rəhbərliyin qanuni tapşırıq və göstərişlərini vaxtında və lazımi qaydada yerinə yetirməlidir. Müştərilərin qarşılanması və qeydiyyatının aparılması; Müştərilərə xidmətlər, tariflər və mövcud paketlər barədə məlumat verilməsi; Ödənişlərin qəbul edilməsi və ödəniş məlumatlarının qeydiyyata alınması; Müştəri bazasının və davamiyyət cədvəlinin aparılması; Telefon zənglərinin və mesajların cavablandırılması; İş yerinin səliqəli saxlanılması; Növbə sonunda görülmüş işlər və qəbul edilmiş ödənişlər barədə məlumatların növbəti əməkdaşa təhvil verilməsi. Ünsiyyətcil, məsuliyyətli və diqqətli olmaq; Səliqəli xarici görünüşə və nəzakətli ünsiyyət tərzinə malik olmaq; Müştərilərlə düzgün və peşəkar davranmaq; Verilmiş tapşırıqları vaxtında və dəqiq yerinə yetirmək; İş qrafikinə və daxili intizam qaydalarına riayət etmək.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Landau Education Group

HRIN.az

Aktiv vakansiya

Qeydiyyatçı

Maaş göstərilməyib

BakıTam ştat
Kateqoriya göstərilməyibƏtraflı