Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Kontakt Home

Qeydiyyatçı

BakıMənbə: Hellojob.az

Vakansiya haqqında

Təsvir Şirkətə gələn namizədləri və qonaqları qarşılamaq, qeydiyyatını aparmaq və müvafiq şəxslərə yönləndirmək; Namizədlərin müsahibə və test mərhələləri üzrə təşkilati proseslərə dəstək göstərmək; Görüş və test otaqlarının hazırlığına nəzarət etmək; Namizədlərin gəlişi və prosesdəki dəyişikliklər barədə aidiyyəti əməkdaşları məlumatlandırmaq; Daxil olan telefon zənglərini cavablandırmaq və müvafiq şəxslərə yönləndirmək; Ziyarətçi vəsiqələrinin uçotunu aparmaq, gündəlik statistika və dövri hesabatlar hazırlamaq; Daxil olan və göndərilən sənədlərin qeydiyyatını və müvafiq qaydada təhvil verilməsini təmin etmək; Şəxsi məlumatların və daxili sənədlərin məxfiliyini qorumaq; Qəbul zonasının səliqəli saxlanılmasını və peşəkar qarşılama xidmətini təmin etmək. İş şəraiti: İş yeri: Bakı şəhəri, Red Plaza biznes mərkəzi, Süleyman Sani Axundov küçəsi, 3G İş qrafiki: 5 günlük iş həftəsi, 09:00–18:00 İşin xarakteri: Analıq məzuniyyətində olan əməkdaşın əvəzinə, müddətli iş Tələblər Ali təhsil; Azərbaycan dilində səlis danışıq və yazı bacarığı; rus dili biliyi üstünlükdür; MS Excel üzrə orta səviyyədə biliklər, MS Word və elektron poçtla işləmək bacarığı; Resepsiyon, qeydiyyat, administrator və ya oxşar vəzifə üzrə təcrübə üstünlükdür; Yüksək ünsiyyət və təşkilatçılıq bacarıqları; Diqqətlilik, dəqiqlik, məsuliyyətlilik və operativlik; Eyni vaxtda bir neçə işi idarə etmək və məxfi məlumatlarla məsuliyyətli davranmaq bacarığı. Biz nə təklif edirik? Böyük və tanınmış şirkətdə iş təcrübəsi; Peşəkar komanda ilə əməkdaşlıq; Bilik və bacarıqların inkişaf etdirilməsi imkanı; Dinamik və işgüzar mühitdə çalışmaq imkanı. Qeyd: Vakansiya analıq məzuniyyətində olan əməkdaşın əvəzlənməsi məqsədilə elan olunur. Yalnız tələblərə uyğun namizədlərlə əlaqə saxlanılacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.