Vakansiya haqqında
Təsvir
Ümumi məlumat xəttinə daxil olan zənglərin cavablandırılması, qaynar xətt zənglərinin qəbul edilməsi və lazım olduqda aidiyyəti istiqamətə yönləndirilməsi;
Bakı üzrə korpuslara müraciət edən müştərilərin və valideynlərin qarşılanması, məlumatlandırılması, ehtiyac yarandıqda yönləndirilməsi və dəstək göstərilməsi;
Satışların həyata keçirilməsi;
Ödənişlərin qəbul olunması və uyğun istiqamətə ötürülməsi;
ID kartların qeydiyyatı, giriş və çıxış kartları üzrə sifarişlərin qəbul edilməsi;
Sənədlərin qəbul edilməsi və göndərilməsi;
Müraciətlər zamanı FAQ-dan istifadə etməklə verilən suallara düzgün cavab verilməsi;
Wolt tətbiqi vasitəsilə satışın həyata keçirilməsi;
E-mail yazışmalarının aparılması, müştəri sorğularının və şikayətlərinin qeydiyyatı;
Müştərilərdə yaranan problemlərin operativ şəkildə həll edilməsi;
Birbaşa rəhbərlik tərəfindən verilən tapşırıqların və sorğuların icrası.
Tələblər
Ali təhsil;
Müvafiq sahədə iş təcrübəsi;
Microsoft Office proqramlarında işləmək bacarığı;
Azərbaycan dili və rus dili biliyi yüksək səviyyədə;
İngilis dili bilikləri arzu olunandır;
Yaxşı ünsiyyət bacarığı;
Müştəri yönümlü yanaşma;
Dəqiqlik, məsuliyyətlilik və komanda ilə işləmək bacarığı.
Biz nə təklif edirik
Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun rəsmiləşdirmə;
İş qrafiki: 9:00 - 18:00 / 8:00 - 17:00, həftədə 5 iş günü;
Peşəkar inkişaf imkanları;
Uşaqlar üçün məktəb endirimləri.
Qeyd: Yalnız uyğun namizədlərlə müsahibə mərhələsi üçün əlaqə saxlanılacaq.
Vakansiya növü: Tam ştat
Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
