Vakansiya haqqında
Tələblər
Ali təhsil (mühasibat uçotu, maliyyə, iqtisadiyyat və ya əlaqəli ixtisaslar üzrə);
Mühasibat sahəsində ən azı 2 il iş təcrübəsi;
Azərbaycan Respublikasının mühasibat uçotu və vergi qanunvericiliyi üzrə yaxşı biliklər;
1C, Microsoft Excel və Word proqramlarında sərbəst işləmək bacarığı.
Öhdəliklər
Şirkətin mühasibat uçotunu qüvvədə olan qanunvericiliyə və uçot siyasətinə uyğun şəkildə aparmaq;
E-qaimələri hazırlamaq və Elektron Vergi Portalı vasitəsilə təqdim etmək;
Hesab-fakturaları tərtib etmək və müştərilərə göndərmək;
Göndərilmiş e-qaimələri mühasibat uçotu ilə uzlaşdırmaq;
Bank əməliyyatlarını icra etmək, yerli və xarici müştərilərlə qarşılıqlı hesablaşmaların uçotunu aparmaq və aktları tutuşdurmaq;
Debitor borcları izləmək;
Mühasibat sənədlərini qanunvericiliyə uyğun şəkildə qruplaşdırmaq, arxivləşdirmək və saxlamaq;
Məlumatların məxfiliyini qorumaq;
Rəhbərlik tərəfindən həvalə edilən digər mühasibat tapşırıqlarını yerinə yetirmək.
İş şərtləri
Əmək haqqı: müsahibə əsasında;
İş qrafiki: həftə içi 5 gün, 08:30-17:30;
Ünvan: Bakı, Salyan şosesi 14-cü km.
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
