Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Aviation Services Group →

Mühasib

Maaş göstərilməyib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Aviation Services Group-un Sky Catering filialı Mühasib vəzifəsi üzrə əməkdaş axtarır. Vəzifə öhdəlikləri Mühasibat uçotunun bütün sahələri üzrə, o cümlədən əsas vəsaitlər, əmtəə-maddi dəyərlər, istehsal xərcləri, debitor və kreditor borcları, göstərilən xidmətlər və digər əməliyyatlar üzrə düzgün və operativ uçot aparır; Pul vəsaitləri və inventar hərəkəti ilə bağlı bütün əməliyyatları vaxtında və qanunvericiliyə uyğun şəkildə mühasibat uçotunda əks etdirir; Vergi uçotunu aparır, müvafiq hesabatları hazırlayır və müəyyən olunmuş müddətdə təqdim edir; İtki və qeyri-məhsuldar xərclərin yaranma səbəblərini təhlil edir, onların azaldılması üçün təkliflər hazırlayaraq rəhbərliyə təqdim edir; İş prosesinin səmərəliliyinin artırılması üçün təkliflər verir; Hava gəmilərinə göstərilən xidmətlərlə bağlı çek-listlərin və digər sənədlərin düzgünlüyünü yoxlayır və uçota daxil edir; Mühasibat sənədlərinin düzgün tərtibini, sistemli saxlanmasını və arxivə təhvil verilməsini təşkil edir və buna nəzarət edir; Müəssisənin uçot siyasətinin hazırlanması və təkmilləşdirilməsində iştirak edir, uçot proseslərinin metodologiyasına rəhbərlik edir; Dövlət büdcəsinə vergi və digər ödənişlərin, sosial sığorta ayırmalarının, həmçinin əmək haqqı fonduna vəsait ayrılmasının tam və vaxtında icrasını təmin edir; Vergi, ödəniş, mükafatlandırma və digər daxili fondlara vəsait köçürülməsi əməliyyatlarını yerinə yetirir; Mühasibat, vergi və statistik hesabatların hazırlanması üçün lazım olan məlumatları toplayır, yoxlayır və rəsmiləşdirir; Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinin təhlilində, qənaət rejiminin və sənəd dövriyyəsinin optimallaşdırılmasında, daxili ehtiyatların müəyyən olunmasında iştirak edir; Tabeliyində olan mühasiblərə iş tapşırıqları verir, onlara metodiki dəstək və tövsiyələr göstərir, iş nəticələri üzrə rəylər hazırlayır; Tabeliyində olan işçilərin iş keyfiyyətinə, tapşırıqların vaxtında və düzgün yerinə yetirilməsinə nəzarət edir, səhvlərin qarşısını alır; Müəssisənin digər şöbə və bölmələri ilə maliyyə-uçot məsələləri üzrə sıx əməkdaşlıq edir, mühasibat uçotu və vergi qanunvericiliyi ilə bağlı məsləhətlər verir; Vergi orqanları, audit şirkətləri, sosial sığorta fondları və digər yoxlama qurumları ilə iş birliyində birbaşa iştirak edir, sorğulara cavab hazırlayır və tələb olunan sənədləri təqdim edir. Namizədə tələblər Ali təhsil; Müvafiq sahədə minimum 3 il iş təcrübəsi; Maliyyə vəsaitləri ilə bağlı əməliyyatların rəsmiləşdirilməsini bacarmaq; Azərbaycan dili üzrə mükəmməl, ingilis dili üzrə yaxşı səviyyə; MS Office proqramları və anbar uçotu sistemləri ilə işləmə bacarığı. İş şəraiti Əmək münasibətləri Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun tənzimlənir; İş yeri: Bakı, Heydər Əliyev Beynəlxalq Aeroportu; İş qrafiki: tam ştat, həftədə 5 gün, saat 09:00-dan 18:00-dək; Maaş: 1000 AZN net; Şirkət Koroğlu m/st, Bakıxanov, Əmircan, Mərdəkan, Binə, Suraxanı və digər istiqamətlərdən ödənişsiz servis nəqliyyatı təmin edir. Maraqlanan namizədlər müraciət etmək üçün Müraciət et düyməsində göstərilən linkə daxil ola bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Mühasib

RS Global MMC

Maaş göstərilməyib

Şəhər
Bakı
İş qrafiki
Tam ştat
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Maliyyə
Vezife.az Aktiv vakansiya
Ətraflı

Mühasib

Ingla School

Razılaşma ilə

Şəhər
Bakı
İş qrafiki
Qrafik göstərilməyib
Təcrübə
1 ildən 3 ilə qədər
Əlavə tələblər
Təhsil
Magistr
İş sahəsi
Maliyyə
Hellojob.az Aktiv vakansiya
Ətraflı

Mühasib

Filtrex MMC

700 - 1000 AZN

Şəhər
Bakı
İş qrafiki
Tam ştat
Təcrübə
1 ildən 3 ilə qədər
Əlavə tələblər
Təhsil
Bakalavr
İş sahəsi
Maliyyə
Hellojob.az Aktiv vakansiya
Ətraflı

Mühasib

Daimi MMC

Maaş göstərilməyib

Şəhər
Bakı
İş qrafiki
Tam ştat
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Maliyyə
Vezife.az Aktiv vakansiya
Ətraflı

Mühasib

Azconstruction A MMC

Maaş göstərilməyib

Şəhər
Bakı
İş qrafiki
Tam ştat
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Maliyyə
Vezife.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.