Vakansiya haqqında
“AZ CONSTRUCTION A” MMC Bakı üzrə Mühasib vakansiyası elan edir.
Əsas vəzifə və öhdəliklər
Mühasibat uçotunu qüvvədə olan qanunvericiliyin tələblərinə uyğun şəkildə aparmaq;
İlkin mühasibat sənədlərini, elektron qaimələri və hesab-fakturaları yoxlamaq və rəsmiləşdirmək;
Tikinti materialları, mal və xidmətlər üzrə uçot aparmaq;
Tikinti layihələri üzrə xərcləri və podratçı ilə subpodratçılarla hesablaşmaları izləmək;
Debitor və kreditor borclarına nəzarət etmək;
İşçilərin əməkhaqqısını və digər ödənişlərini hesablamaq;
Bank əməliyyatlarını və ödəniş sənədlərini rəsmiləşdirmək;
Vergi və digər maliyyə hesabatlarını hazırlamaq;
Anbar qalıqlarına nəzarət etmək və faktiki qalıqları uçot məlumatları ilə tutuşdurmaq;
Materialların və əsas vəsaitlərin inventarizasiyasında iştirak etmək;
Mühasibat məlumatlarını 1C və MS Excel proqramlarında işləmək;
Maliyyə məlumatlarını və hesabatları rəhbərliyə təqdim etmək;
Sənədlərin düzgün saxlanmasını və mühasibat uçotunda daxili nəzarət qaydalarına əməl olunmasını təmin etmək;
Rəhbərliyin müvafiq tapşırıqlarını vaxtında və keyfiyyətlə yerinə yetirmək.
Namizədə qarşı tələblər
Mühasibatlıq və ya maliyyə sahəsi üzrə ali təhsil;
Əlaqəli sahə üzrə minimum 3 il iş təcrübəsi;
Mühasibat və vergi qanunvericiliyi üzrə biliklər;
1C və MS Excel proqramlarında işləmək bacarığı;
İlkin sənədləşmə və maliyyə hesabatlarının hazırlanması üzrə təcrübə;
Mal-material uçotunun aparılması və anbar qalıqlarına nəzarət üzrə bilik və təcrübə;
Peşəkar sertifikatların olması üstünlükdür.
İş şəraiti
İş yeri: Bakı şəhəri;
İş günləri: həftənin 5 günü;
İş saatları: 09:00–18:00;
Əməkhaqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq, müsahibə əsasında müəyyən edilir;
Rəsmi əmək müqaviləsi;
Peşəkar və işgüzar əmək mühiti.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini “Mühasib” başlığı ilə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
