Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Smart Advice Consulting

Mühasib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Bakıda mühasib vakansiyası üzrə gündəlik mühasibat uçotunun aparılması, vergi və hesabat əməliyyatları icra edəcək namizəd axtarılır. Əsas vəzifələr Gündəlik və cari mühasibat əməliyyatlarının icrası; Ölkədaxili və ölkəxarici bank əməliyyatlarının həyata keçirilməsi; Vergi qanunvericiliyinə uyğun olaraq vergi bəyannamələrinin və statistika hesabatlarının vaxtında hazırlanması və aidiyyəti qurumlara təqdim edilməsi; e-taxes, e-gov və digər dövlət portalları üzərindən əməliyyatların yerinə yetirilməsi; Debitor və kreditor uçotunun aparılması, ilkin sənədlərin, o cümlədən qaimə, faktura, akt və digər sənədlərin yoxlanılması və sistemləşdirilməsi; Rəhbərliyin və müştərilərin verdiyi tapşırıqların icrası. Namizədə tələblər Xanım namizəd; Maliyyə, mühasibat uçotu, iqtisadiyyat və ya biznesin idarə edilməsi üzrə ali təhsil; Müvafiq sahədə azı 1-3 il iş təcrübəsi, konsalting şirkətində təcrübə üstünlükdür; Azərbaycan Respublikasının Vergi Məcəlləsi üzrə biliklər; MS Office proqramlarında, xüsusilə MS Excel-də yaxşı işləmək bacarığı; Analitik düşüncə, detallara diqqət, məsuliyyət, vaxtın düzgün idarə edilməsi və komandada işləmək bacarığı. İş şəraiti İş qrafiki: Bazar ertəsi - Cümə, 09:00 - 18:00; İstirahət günləri: Şənbə və Bazar; Əmək haqqı: namizədin bilik və bacarıqlarına uyğun olaraq 800-900 AZN. Müraciət qaydası Maraqlanan namizədlər CV-lərini müraciətet düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər. CV-lər yalnız e-mail vasitəsilə qəbul olunur, əks halda onlara baxılmayacaq.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.