Vakansiya haqqında
RS Global komandamız üçün məsuliyyətli, diqqətli və peşəkar Mühasib axtarırıq.
Vəzifə öhdəlikləri
Gündəlik mühasibat əməliyyatlarının həyata keçirilməsi;
Gəlir və xərclərin uçotunun düzgün şəkildə aparılması;
İlkin mühasibat sənədlərinin hazırlanması və yoxlanılması;
Bank əməliyyatlarının və ödənişlərin izlənilməsi;
Vergi və digər maliyyə hesabatlarının hazırlanmasına dəstək göstərilməsi;
Mühasibat sənədlərinin səliqəli və sistemli arxivləşdirilməsi.
Namizədə tələblər
Mühasibatlıq üzrə ali və ya orta ixtisas təhsili;
Müvafiq sahədə iş təcrübəsinin olması mütləqdir;
1C və MS Excel proqramlarında işləmək bacarığı;
Azərbaycan Respublikasının vergi və mühasibat qanunvericiliyi üzrə ilkin biliklər;
Diqqətli, məsuliyyətli və operativ olmaq;
Komanda ilə işləmək bacarığı.
Biz təklif edirik
Başlanğıc əmək haqqı: 1000 AZN;
Peşəkar və dinamik iş mühiti;
Karyera və inkişaf imkanları;
Stabil iş şəraiti.
Müraciət qaydası
CV-lərinizi mövzu hissəsində “Mühasib vakansiyası” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərsiniz.
Əlaqə: +994998886061
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
