Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Daimi MMC

Mühasib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

DAİMİ MMC məsuliyyətli və işinə diqqətlə yanaşan Mühasib tələb olunur. Əsas vəzifələr: ƏDV, mənfəət vergisi, ÖMV və sadələşdirilmiş vergi bəyannamələrinin hazırlanması və Dövlət Vergi Xidmətinə təqdim olunması; Vahid hesabatın tərtib edilməsi və aidiyyəti dövlət orqanlarına ötürülməsi; Şirkətin maliyyə və mühasibat əməliyyatlarının müstəqil şəkildə icrası; Maliyyə sənədlərinin hazırlanması və uçotunun aparılması; Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında və məsuliyyətlə yerinə yetirilməsi. Namizədə tələblər: Yaş həddi: 25–40; Ali təhsil; Mühasibatlıq və ya maliyyə ixtisası üzrə təhsil üstünlükdür; Müvafiq sahədə 3–5 il iş təcrübəsi; Vergi və mühasibat uçotu üzrə biliklər; Məsuliyyətli, diqqətli və analitik düşüncəli olmaq; Müstəqil işləmək bacarığı. İş şəraiti: Nahar şirkət tərəfindən təmin edilir; Servis xidməti mövcuddur; İş qrafiki: 6 günlük iş həftəsi, 6-cı gün qısa iş günüdür; İş yeri: Bakı; Əmək haqqı: 1000-1200 AZN. Maraqlanan namizədlər “Mühasib” başlığı ilə CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.