Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

North West →

Material mühəndisi

Maaş göstərilməyib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri Materialların xassələrinin öyrənilməsi və onların layihə tələblərinə uyğunluğunun qiymətləndirilməsi. Prefabrik beton məmulatlarının istehsalı zamanı istifadə olunan materialların və yerinə yetirilən işlərin texniki şərtlərə uyğunluğuna nəzarət edilməsi. Sement, aqreqat, armatur, beton qarışığı və digər istehsal materiallarının qəbulunun və uyğunluğunun yoxlanılması. Armatur karkaslarının və qəliblərin istehsaldan əvvəl və istehsal prosesi ərzində yoxlanılması. Beton qarışığının hazırlanması, qəlibə doldurulması, sıxlaşdırılması və bərkimə mərhələlərinə nəzarət edilməsi. Təsdiqlənmiş beton qarışığı tərkibinə əsasən beton istehsalı prosesinin izlənilməsi. Beton və digər materiallar üzrə laborator və istehsalat sınaqlarının təşkili, nəticələrin izlənməsi və qiymətləndirilməsi. Material sınaqlarının təhlili və müvafiq hesabatların hazırlanması. Hazır prefabrik beton məmulatlarının vizual, ölçü və keyfiyyət baxımından yoxlanılması. Aşkarlanan uyğunsuzluqların qeydiyyata alınması, izlənməsi və düzəldici tədbirlərin müəyyən edilməsində iştirak olunması. Materialların düzgün saxlanması, istifadəsi və izlənilə bilməsinin təmin edilməsinə nəzarət edilməsi. İstehsal və keyfiyyətə nəzarət üzrə yoxlama, sınaq və hesabat sənədlərinin hazırlanması. İstehsal zamanı ortaya çıxan uyğunsuzluqların aidiyyəti üzrə məsul şəxslərə bildirilməsi. İstehsal üçün uyğun material və aqreqat mənbələrinin müəyyən edilməsində iştirak edilməsi. Karxanalardan və digər mənbələrdən daxil olan aqreqatların keyfiyyətinin və uyğunluğunun qiymətləndirilməsi. Materiallardan istifadə zamanı ətraf mühit və təhlükəsizlik tələblərinin nəzərə alınması. KT/KH və SƏTƏM prosedurlarının tələblərinə riayət edilməsi. Keyfiyyətin İdarəedilməsi Planının icrasında iştirak edilməsi və aidiyyəti keyfiyyət tədbirlərinə nəzarət olunması. İstehsalat sahəsində, laboratoriyada və sahə ofisində vəzifə üzrə tələb olunan işlərin yerinə yetirilməsi. Tələblər Mühəndislik üzrə bakalavr dərəcəsi. Müvafiq sahədə minimum 3 il iş təcrübəsi. Müraciət qaydası Müraciət etmək üçün CV-nizi cv@nwconstruction.com və ya hr@nwconstruction.com elektron poçt ünvanlarına “Material mühəndisi (Müşfiqabad q.)” başlığı ilə göndərin.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Elektrik mühəndisi

AzInTelecom

Maaş göstərilməyib

Şəhər
Bakı
İş qrafiki
Tam ştat
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
İstehsalat, tikinti və təmir
Vezife.az Aktiv vakansiya
Ətraflı

Smeta mühəndisi

Nardaran İnvest

Maaş göstərilməyib

Şəhər
Bakı
İş qrafiki
Tam ştat
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
İstehsalat, tikinti və təmir
Vezife.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.