Vakansiya haqqında
Amper MMC komandası üçün elektrik mühəndisi axtarılır.
Vəzifə öhdəlikləri
Elektrik panolarının layihələrinin hazırlanması və oxunması;
Sxemlərin təhlil edilməsi və istehsal tələblərinə uyğunlaşdırılması;
Pano istehsalı prosesinə texniki nəzarətin aparılması;
Material və avadanlıqların seçilməsi;
Maya dəyərinin hesablanmasında iştirak etmək;
İstehsal zamanı ortaya çıxan texniki məsələlərin operativ şəkildə həlli;
Lazım gəldikdə obyektlərdə baxış keçirmək və texniki dəqiqləşdirmələr aparmaq;
Müştərilər və layihə komandası ilə texniki koordinasiyanı təmin etmək.
Tələblər
Elektrik mühəndisliyi üzrə ali təhsil;
Elektrik panolarının istehsalı sahəsində iş təcrübəsi;
Elektrik sxemlərini sərbəst oxuma və hazırlama bacarığı;
AutoCAD və MS Office proqramlarında işləmə bacarığı;
Məsuliyyətli, diqqətli və komanda ilə işləmə bacarığı;
Elektrik avadanlıqları və aşağı gərginlik sistemləri üzrə biliklər.
Təklif edirik
Rəqabətqabiliyyətli əməkhaqqı, müsahibə əsasında;
Rəsmi əmək müqaviləsi;
Peşəkar inkişaf və karyera yüksəlişi imkanı;
Müasir istehsalat mühitində çalışma imkanı.
Əlavə məlumat
İş yeri: Bakı
Əlaqə: +994 10 241 77 33
Maraqlanan namizədlər CV-lərini Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Qeyd: Elektrik panolarının istehsalı sahəsində təcrübəsi olan namizədlərə üstünlük veriləcək.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
