Vakansiya haqqında
“Nardaran İnvest” MMC “Smeta mühəndisi” vəzifəsi üzrə vakansiya elan edir.
Vəzifə öhdəlikləri
Layihə sənədlərinə əsasən ümumi tikinti işləri üzrə ilkin və yekun inşaat smetalarını hazırlamaq və vaxtında təqdim etmək;
Əsaslı tikinti-quraşdırma və təmir işlərinə dair hazırlanmış və təsdiqlənmiş sənəd və cədvəlləri təhlil etmək;
Layihə üzrə büdcə risklərini qiymətləndirmək və nəticəyə uyğun olaraq tikinti işlərinin smeta dəyərini formalaşdırmaq;
Layihə, spesifikasiya və smeta sənədləri arasında mövcud uyğunsuzluqları aşkar etmək;
Layihədə dəyişiklik yarandıqda smeta sənədlərinə uyğun düzəlişlər etmək;
Digər təşkilatlar tərəfindən hazırlanmış smeta sənədlərini yoxlamaq və nəticələr üzrə arayışlar tərtib etmək;
Tikinti-quraşdırma, təmir və digər işlərin qiymətləndirilməsi prosesində iştirak etmək;
Yenidən qurulan və ya təmir edilən obyektlər üzrə titul vərəqələrinin hazırlanmasında iştirak etmək;
Podratçı təşkilatlarla smeta sənədlərini razılaşdırmaq və normativ tələblərə əməl olunmasına nəzarət etmək;
Görülmüş tikinti-quraşdırma və təmir işləri üzrə müvafiq aktları hazırlamaq;
Görülən işlərin dəyərinin optimallaşdırılması və azaldılması istiqamətində tədbirlər görmək;
Smeta sənədlərinin uçotunu aparmaq və smeta-maliyyə hesablamalarını sistemləşdirmək;
Smeta qiymətləri üzrə arayışlar hazırlamaq;
Tikinti layihələri üzrə yerinə yetirilmiş, mövcud və yarımçıq qalmış iş həcmlərini, həmçinin materialları hesablamaq və müvafiq cədvəlləri hazırlamaq;
Obyektlərdə və sahələrdə ölçü işlərini aparmaq;
Smetaları bazar qiymətləri əsasında hesablamaq;
Texniki hesabatları, o cümlədən Forma 2, Forma 3 və xərc analizlərini hazırlamaq;
Sahələrdən daxil olan texniki hesabatları yoxlamaq.
Namizədə dair tələblər
Mühəndislik, xüsusilə inşaat mühəndisliyi üzrə ali təhsil;
Müvafiq sahədə minimum 3 il iş təcrübəsi;
Layihə-smeta işlərinin hazırlanması üçün normativ-hüquqi sənədlər üzrə bilik;
Eskiz və ya layihə əsasında iş həcmlərinin çıxarılması, BoQ hazırlanması və qiymətləndirilməsi bacarığı;
Titul vərəqələri, aşkar olunan nasazlıqlar cədvəli və digər texniki sənədlərin hazırlanma qaydalarını bilmək;
İqtisadiyyatın əsaslarını, istehsalatın, əməyin və idarəetmənin təşkili qaydalarını bilmək;
MS Office proqramlarında, xüsusilə Excel-də işləmək bacarığı;
1C və AutoCAD proqramları ilə işləmək bacarığı;
Azərbaycan dilini əla səviyyədə bilmək;
İngilis və rus dillərini bilmək arzuolunandır;
Analitik düşüncə tərzi;
Dəqiqlik, operativlik və məsuliyyətlilik;
Detallara diqqət və komandada işləmək bacarığı.
Üstünlük veriləcək
İnşaat layihələri üzrə smeta hazırlanması sahəsində praktiki təcrübə;
Podratçı təşkilatlarla smeta sənədlərinin razılaşdırılması təcrübəsi;
Tikinti sahələrində ölçü işlərinin aparılması və faktiki iş həcmlərinin müəyyən edilməsi təcrübəsi;
Rus dilini bilmək;
Böyük həcmli tikinti layihələri üzrə iş təcrübəsi.
İş barədə məlumat
5 günlük iş rejimi;
İş saatları: həftə içi 09:00 – 18:00;
Nahar və nəqliyyat şirkət tərəfindən təmin edilir;
Əmək haqqı: 3 500 AZN.
Vakansiya ilə maraqlanan namizədlər CV-lərini mövzu hissəsində “Smeta mühəndisi” qeyd etməklə Müraciət et düyməsində göstərilən elektron poçt ünvanına göndərə bilərlər.
Yalnız vakansiyanın tələblərinə uyğun olan namizədlərlə əlaqə saxlanılacaq.
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
