Vakansiya haqqında
Vəzifə Öhdəlikləri
Materialların
xassələrinin tədqiqi və layihə tələblərinə uyğunluğunun qiymətləndirilməsi.
Prefabrik
beton məmulatlarının istehsal prosesində materialların və görülən işlərin
texniki tələblərə uyğunluğuna nəzarət edilməsi.
İstehsalda
istifadə olunan sement, aqreqat, armatur, beton qarışığı və digər
materialların qəbulunun və uyğunluğunun yoxlanılması.
Armatur
karkaslarının, qəliblərin istehsaldan əvvəl və istehsal prosesində
yoxlanılması.
Beton
qarışığının hazırlanması, qəlibə yerləşdirilməsi, sıxlaşdırılması və bərkimə
proseslərinə nəzarət edilməsi.
Təsdiq
olunmuş beton qarışıq tərkibinə uyğun olaraq beton istehsal prosesinə nəzarət
edilməsi.
Beton
və digər materiallar üzrə laborator və istehsalat sınaqlarının təşkili, nəticələrin
izlənilməsi və qiymətləndirilməsi.
Material
sınaqlarının təhlil edilməsi və müvafiq hesabatların hazırlanması.
Hazır
prefabrik beton məmulatlarının vizual, ölçü və keyfiyyət baxımından
yoxlanılması.
Aşkar
edilmiş uyğunsuzluqların qeydiyyata alınması, izlenilməsi və düzəldici tədbirlərin
müəyyən edilməsində iştirak edilməsi.
Materialların
düzgün saxlanması, istifadəsi və izlenilə bilməsinin təmin edilməsinə nəzarət
edilməsi.
İstehsal
və keyfiyyətə nəzarət üzrə yoxlama, sınaq və hesabat sənədlərinin
hazırlanması.
İstehsal
zamanı baş verən uyğunsuzluqların aidiyyəti üzrə məsul şəxslərə bildirilməsi.
İstehsal
üçün uyğun materialların və aqreqat mənbələrinin müəyyən edilməsində
iştirak edilməsi.
Karxanalardan
və digər mənbələrdən daxil olan aqreqatların keyfiyyətinin və uyğunluğunun
qiymətləndirilməsi.
Materialların
istifadəsi zamanı ətraf mühit və təhlükəsizlik tələblərinin nəzərə
alınması.
KT/KН
və SƏTƏM prosedurlarının tələblərinə riayət edilməsi.
Keyfiyyətin
idarəedilməsi Planının icrasına iştirak edilməsi və aidiyyəti keyfiyyət tədbirlərinə
nəzarət edilməsi.
İstehsalat
sahəsində, laboratoriyada və sahə ofisində vəzifə üzrə tələb olunan fəaliyyətlərin
həyata keçirilməsi.
Tələblər
Mühəndislik
üzrə bakalavr dərəcəsi
Müvafiq
iş təcrübəsi minimum 3 il
Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.
