Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

AzInTelecom

Elektrik mühəndisi

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Vəzifə öhdəlikləri: Transformatorların, UPS sistemlərinin, generatorların, ATS qurğularının, düzləndirici avadanlıqların və elektrik paylayıcı panellərin dayanıqlı və fasiləsiz işləməsinə nəzarət etmək; Elektrik avadanlıqlarının iş rejimini mütəmadi yoxlamaq, istismar göstəricilərini qeyd etmək və aşkar olunan nasazlıqlar barədə rəhbərliyi məlumatlandırmaq; Elektrik avadanlıqları üzrə profilaktik və planlı texniki xidmət işlərini təşkil etmək və icra etmək; Elektrik yüklərini, fazalar üzrə cərəyan bölgüsünü və avadanlıqların yüklənmə səviyyəsini davamlı izləmək; BMS vasitəsilə elektrik sistemlərinin vəziyyətinə və yaranan alarm siqnallarına nəzarət etmək; Qəza və nasazlıqların araşdırılmasında iştirak etmək, səbəbləri müəyyənləşdirmək və təkrarlanmanın qarşısını almaq üçün müvafiq tədbirlər görmək; Texniki xidmət, sınaq və təmir zamanı əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına, həmçinin təsdiqlənmiş prosedurlara əməl etmək; Texniki baxış, sınaq və təmir işləri ilə bağlı müvafiq qeydləri və hesabatları aparmaq; Podratçı şirkətlər tərəfindən görülən elektrik işlərinə nəzarət etmək və işlərin keyfiyyətini yoxlamaq; Elektrik avadanlıqlarına aid texniki sənədləri, elektrik sxemlərini və istismar qeydlərini güncəl saxlamaq; Enerji istehlakı göstəricilərinin toplanması və təhlili prosesində iştirak etmək; Data mərkəzin 24/7 əməliyyat fəaliyyətini növbəli iş rejimində təmin etmək. Tələb olunan bilik və bacarıqlar: Ali təhsil: elektrik mühəndisliyi, energetika mühəndisliyi və ya əlaqəli texniki ixtisaslar üzrə; Elektrik avadanlıqlarının istismarı və texniki xidməti sahəsində minimum 1 il iş təcrübəsi; Transformator, UPS, generator və elektrik paylayıcı sistemlər üzrə nəzəri və praktiki biliklər; Elektrik sxemlərini oxumaq və texniki sənədlərlə işləmək bacarığı; MS Office proqramlarında işləmək bacarığı; Dil bilikləri: İngilis dili texniki səviyyədə, arzuolunandır; Operativ qərar qəbul etmək və problemləri həll etmək bacarığı; Komandada işləmək, effektiv ünsiyyət qurmaq və məsuliyyətli olmaq bacarığı; Qəza və fövqəladə hallarda çevik reaksiya vermək və stres altında işləmək bacarığı; Diqqətlilik, məsuliyyətlilik və texniki prosedurlara ciddi riayət etmək bacarığı. Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.