Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

PASHA Insurance

Baş data platforması mühəndisi

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Baş data platforması mühəndisi Vakansiya haqqında məlumat: PAŞA Sığorta ASC peşəkar komandaya qoşulmaq üçün namizədləri Baş data platforması mühəndisi vəzifəsinə müraciət etməyə dəvət edir. Bu vəzifə Bakı üzrə şirkətin Kubernetes üzərində qurulmuş data platformasının, o cümlədən Trino, Spark, S3 və Apache Iceberg həllərinin dayanıqlığını, təhlükəsizliyini və məhsuldarlığını təmin etməyə yönəlib. Əsas məsuliyyətlərə platformanın arxitekturasına və texniki standartlarına rəhbərlik etmək, ELT pipeline-ları və Airflow DAG-ları üçün CI/CD proseslərini qurmaq, girişə nəzarət siyasətlərini idarə etmək və digər mühəndislərə mentorluq etməklə data komandaları arasında mühəndislik təcrübələrini gücləndirmək daxildir. Öhdəliklər Trino, Spark, S3 və Apache Iceberg əsasında qurulmuş data platformasının dayanıqlı və təhlükəsiz fəaliyyətini təmin etmək; Resurs qruplarını düzgün konfiqurasiya etməklə və SQL sorğularını təhlil etməklə platformanın performansını yaxşılaşdırmaq; ELT pipeline-ları və Airflow DAG-larının tətbiqi üçün CI/CD proseslərini qurmaq, eləcə də problemlərin həllində data komandalarına dəstək vermək; Platforma üçün rol əsaslı girişə nəzarət və data giriş siyasətlərini idarə etmək; Kubernetes üzərində platforma infrastrukturunu idarə etmək: deployment, miqyaslandırma, yeniləmə, monitorinq və insidentlərə reaksiya; Platformanın arxitekturasına və texniki standartlarına sahib çıxmaq, dizayn qərarlarına və icmallara rəhbərlik etmək; Data Platforması mühəndislərinə mentorluq etmək və data komandaları arasında qabaqcıl mühəndislik təcrübələrinin tətbiqinə dəstək vermək. Bilik və bacarıqlar Spark, Airflow və Kafka ilə praktiki iş təcrübəsi; Spark-ın Iceberg və S3 ilə iş prinsiplərini anlamaq; Güclü SQL bilikləri və sorğu optimallaşdırılması təcrübəsi; Relyasiyalı verilənlər bazaları ilə iş təcrübəsi, məsələn PostgreSQL; Apache Iceberg ilə təcrübə, o cümlədən cədvəl idarəetməsi, Hive Metastore və ya Nessie istifadəsi; Python proqramlaşdırma bacarıqları, xüsusilə ELT pipeline-ları və Airflow DAG-ları üçün; Kubernetes üzrə geniş təcrübə, o cümlədən production mühitində iş yüklərinin idarə edilməsi və Helm chart-lar; Infrastructure as Code alətləri ilə təcrübə, məsələn Terraform və Ansible; CDC (Change Data Capture) təcrübəsi, məsələn Debezium və Kafka Connect; Konteynerləşdirmə və CI/CD alətləri ilə iş təcrübəsi, məsələn Docker və GitLab CI; Monitorinq və loqlama alətləri ilə təcrübə, məsələn Prometheus, Grafana, Alertmanager, ELK və GrayLog; Non-relational verilənlər bazaları ilə iş təcrübəsi, məsələn Redis və Mongo; Virtualizasiya, provisioning alətləri və mikroxidmət arxitekturası ilə bağlı biliklər; Ünsiyyət, dəqiqlik və komandada işləmək bacarığı; Fikirləri aydın ifadə etmək və dəyişən vəziyyətlərə sürətli reaksiya vermək bacarığı; Dil bilikləri: Azərbaycan, İngilis, Rus. Təhsil və təcrübə Data platformalarının qurulması və idarə edilməsi sahəsində 5 ildən artıq praktiki iş təcrübəsi. Biz sizə təklif edirik Dəyər yaradan işlər Qərarvermə proseslərində iştirak etmək, dəyişikliklərə təsir göstərmək və şirkətin uğuruna töhfə vermək imkanı. Birlikdə güclənən komanda Peşəkar, dəstəkləyici və əməkdaşlığa açıq komanda mühitində çalışma imkanı. Davamlı inkişaf imkanları Yeni biliklər qazanmaq, təcrübəni genişləndirmək və peşəkar inkişafı davam etdirmək üçün geniş imkanlar. Etimada əsaslanan iş mühiti Fikirlərə dəyər verildiyi, təşəbbüslərin dəstəkləndiyi və inkişafın ön planda tutulduğu iş mühiti. Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən link vasitəsilə müraciət edə bilərlər. Yalnız ilkin seçim meyarlarına cavab verən namizədlərlə əlaqə saxlanılacaqdır.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.