Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Invest AZ QSC →

Hüquqşünas

Maaş göstərilməyib

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Tələblər Ali təhsil; Müvafiq sahədə minimum 1 il iş təcrübəsi; Azərbaycan dili sərbəst, ingilis dili yüksək səviyyədə, rus dili orta səviyyədə; Maliyyə sahəsində təcrübəsi olan hüquqşünaslara üstünlük verilir. Fərdi keyfiyyətlər Məsuliyyətli olmaq; Səlis və aydın danışıq bacarığı; Komanda ilə işləmək vərdişi; Əməkdaşlığa və keyfiyyətə yönümlü yanaşma. Əsas vəzifələr “Qiymətli Kağızlar Bazarı haqqında” AR Qanununu, “İnvestisiya fondları haqqında” AR Qanununu, həmçinin bu sahəyə aid Mərkəzi Bankın qaydalarını bilmək, qanunvericiliyə edilən dəyişiklikləri mütəmadi izləmək və müvafiq strukturları məlumatlandırmaq; Cəmiyyət adından hüquqi və fiziki şəxslərlə bağlanacaq müqavilələri, əlavələri və dəyişiklikləri hazırlamaq, struktur bölmələrdən daxil olan sənədləri, o cümlədən müxtəlif müqavilələri və təhvil-təslim aktlarını yoxlamaq və hüquqi ekspertizasını aparmaq; Cəmiyyətin bütün struktur bölmələrindən daxil olan hüquqi uyğunluq sorğularını cavablandırmaq; Cəmiyyətin fəaliyyətində yaranan hüquqi məsələlər üzrə rəy və qiymətləndirmə hazırlamaq, qanunvericilikdəki ziddiyyətli məqamlarla bağlı aidiyyəti dövlət orqanlarına sorğular tərtib edib göndərmək; Şəxslərdən daxil olmuş şikayətlərin araşdırılması zamanı ortaya çıxan hüquqi məsələlər barədə rəy vermək; Cəmiyyət adından etibarnamələr hazırlamaq; Maliyyə bazarlarına nəzarət orqanına və ya digər təşkilatlara göndərilən, qanunvericiliyin tələbləri və digər hüquqi məsələlərlə bağlı uyğunsuzluq məktublarının hazırlanmasında iştirak etmək və ya rəy bildirmək; Maliyyə bazarlarına nəzarət orqanı və digər qurumlardan layihə formasında daxil olan qanun və digər hüquqi aktlara dair təkliflərin hazırlanmasında və rəy verilməsində iştirak etmək; Filial və nümayəndəliklərin açılması üçün tələb olunan sənədləri hazırlamaq və aidiyyəti dövlət orqanına təqdim etmək; Qiymətli kağızların emissiyası ilə bağlı tələb olunan işləri yerinə yetirmək; Vəzifəyə uyğun olaraq rəhbərlik tərəfindən verilən digər tapşırıqları icra etmək. İş şəraiti İş qrafiki: Bazar ertəsi – Cümə, 09:00–18:00; Nahar fasiləsi: 13:00–14:00; İstirahət günləri: Şənbə və Bazar; Tibbi sığorta; Nahar şirkət tərəfindən təmin olunur. Maraqlanan namizədlər Müraciət et düyməsində göstərilən linkə daxil olaraq müraciət edə bilərlər.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.

Oxşar aktiv vakansiyalar

Hüquqşünas

Qaya Nəqliyyat

Maaş göstərilməyib

Şəhər
Bakı
İş qrafiki
Tam ştat
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Hüquqşünaslıq
Vezife.az Aktiv vakansiya
Ətraflı

Hüquqşünas

Azroksan LLC

Maaş göstərilməyib

Şəhər
Bakı
İş qrafiki
Tam ştat
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Hüquqşünaslıq
Vezife.az Aktiv vakansiya
Ətraflı

Hüquqşünas

Premium Mining

Maaş göstərilməyib

Şəhər
Bakı
İş qrafiki
Tam ştat
Təcrübə
Təcrübə tələbi göstərilməyib
Əlavə tələblər
İş sahəsi
Hüquqşünaslıq
Vezife.az Aktiv vakansiya
Ətraflı

Yadda saxlanmış axtarışlar

Axtarışlar bu brauzerdə saxlanılır. Bir axtarış üçün şəxsi Telegram bildirişlərini qoşa bilərsiniz. Dayandırmaq üçün bota /stop yazın.