Futindor Azərbaycanİş elanları
← Bütün iş elanları

Aktiv vakansiya

Premium Mining

Hüquqşünas

BakıMənbə: Vezife.az

Vakansiya haqqında

Namizədə tələblər Təhsil: Hüquqşünaslıq ixtisası üzrə ali təhsil. Təcrübə: Məhkəmə işlərinin aparılması, korporativ hüquq, müqavilə hüququ və daxili prosedurların qurulması sahəsində ən azı 5 il iş təcrübəsi. Biliklər: AR Mülki, Əmək, Vergi və digər əlaqədar qanunvericilik aktlarını dərindən bilmək; kargüzarlıq və sənəd dövriyyəsi sistemləri ilə işləmək təcrübəsi. Şəxsi keyfiyyətlər: Analitik düşüncə, detallara diqqət, məsuliyyət, səliqəli sənədləşmə bacarığı və peşəkar ünsiyyət qabiliyyəti. Vəzifə öhdəlikləri Cəmiyyətin fəaliyyəti ilə bağlı hüquqi təminatın həyata keçirilməsi, normativ sənəd bazasının hazırlanması və zəruri dəyişikliklərin edilməsi. Şirkət tərəfindən bağlanan bütün növ müqavilələrin, sazişlərin və digər hüquqi sənədlərin hüquqi ekspertizasının aparılması, standart müqavilə formalarının hazırlanması və təkmilləşdirilməsi. Şirkətin fəaliyyətinin qanunvericilik tələblərinə uyğunluğunun yoxlanılması, korporativ sənədlərin, qərarların, protokolların və əmrlərin hüquqi ekspertizasının həyata keçirilməsi. Müqavilə reyestrinin yaradılması, reyestrin aparılması və qüvvədə olan müqavilələrin icrasına nəzarət mexanizminin tətbiqi. Müəssisədaxili korporativ qaydaların, proseslərin, prosedurların və daxili normativ aktların tərtibində iştirak etmək və ya rəy vermək. Cəmiyyətin bütün struktur bölmələrində mövcud hüquqi problemlərin yerində araşdırılması. Cəmiyyətin dövlət qurumlarında və məhkəmə proseslərində təmsil olunması. Təşkilat daxilində qanunvericilik və korporativ aktların göstərişlərinin düzgün tətbiqinə nəzarətdə iştirak. Cəmiyyətin fəaliyyət istiqamətinə uyğun qanunvericilikdə olan yeniliklər barədə rəhbərliyi və müvafiq struktur bölmələrin işçilərini məlumatlandırmaq. Cəmiyyətin fəaliyyətində ortaya çıxan hüquqi məsələlərin həllində iştirak etmək. İş şəraiti Əmək haqqı: Razılaşma yolu ilə İş yeri: Bakı, Kempinski plaza Göstərilən tələblərə cavab verən namizədlərdən öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron ünvanına “Hüquqşünas” başlığı ilə göndərmələri xahiş olunur.

Təsvir mənbədəki dildə saxlanılıb. Göstərilməyən şərtlər təxmin edilmir.